Ərdoğanın “tabutda tərk etdilər” xatırlatması həyəcan yaradıb – Məscidlərə hücum yox…

Dərc olunub: 20/03/2019 - 22:35

10718708-3x2-340x227«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yeni Zelandiyada məscidlərə hücum barədəki bəyanatı Avstraliyanın Baş naziri Skott Morrisonu bərk narahat edib.

Hökumət başçısı «ABC» telekanalına bəyan edib ki, Türkiyə səfirini dəvət edəcək və onunla Ərdoğanın anti-müsəlman baxışları ilə seçilən avstraliyalıların ünvanına söylədiyi «cavab verəcəkləri qaçılmaz olacaq» sözlərini müzakirə etmək niyyətindədir.

«Mən, bunu çox aşağılayıcı şərh hesab edirəm. Aydındır, mən Türkiyə səfirini bu gün dəvət edəcəm ki, görüş keçirək və bu məsələləri müzakirə edək» – deyə, Morrison bəyan edib.

Ərdoğanın sözlərinə Yeni Zelandiya Baş nazirinin müavini Uinston Piters də reaksiya ıerib. O, Ərdoğanla şəxsən görüşmək istədiyini bildirib.

«Newshub» portalının verdiyi xəbərə görə, Piters yaxın vaxtlarda Türkiyəyə uçmaq və iki ölkə arasındakı münasibətlərə ziyan vura biləcək vəziyyətə aydınlıq gətirmək niyyətindədir.

erdogan_16042017Bundan əvvəl Ərdoğan bəyan edib ki, İslamın Avstraliyadakı düşmənləri öz əcdadlarının taleyini təkrarlayacaqlar. Birinci dünya müharibəsi zamanı Çanaqqala (Qallipoli) savaşından sonra onlar Türkiyə ərazisini «tabutlarda» tərk ediblər.

Bü gün yayılan başqa bir xəbərdə isə bildirilir ki, Çexiyanın prezidenti Miloş Zeman Türkiyəni «İslam dövləti» qruplaşması ilə əlbir olmaqda günahlandırıb. Onun sözlərindən belə çıxır ki, Avropa ölkələri, Amerika Birləşmiş Ştatları (ABŞ) ötən dövr ərzində Suriya və İraq ərazilərində döyüşən və Türkiyənin «müttəfiqi» olan «işid»çilərinə 10 minlərlə silah dolu yük maşınları göndərib. Bəs, «işid»çilər Türkiyənin müttəfiqidirlərsə, nə üçün ABŞ «öz terrorçularınızı İraq və Suriyadan geri götürün» – deyə, Avropa ölkələrinə ismarış göndərib?!

Fikir verin, bu «səlibçilər» necə bir həmrəylik nümayiş etdirirlər – davranışlarından aydın olur ki, onların bütün bu həyasız hərəkətləri bir mərkəzdən idarə olunur…

Hamıya məlumdur ki, Çexiya (keçmiş Çexoslavakiya) hər zaman sionistlərin ən çox təsiri altında olan ölkə sayılıb. İkinci dünya müharibsindən sonra İsrail dövləti yaranarkən, ona silah-sursatla ən çox kömək edən dövlət də Çexoslavakiya olub. Altı günlük müharibədən əvvəl (1967-ci il) Çexoslavakiyadan İsrailə təyyarələrlə çoxlu silahların daşındığı barədə faktlar var. İndi Zeman elə-belə, boşuna sarsaqlamır ki! Heç şübhə yoxdur ki, günümüzdə «İslam dövləti» döyüşçülərinin əlindəki silahların böyük qismi Çexiyanın əli ilə bölgəyə ötürülüb. Açıq-aydın görünür ki, müsəlmanlara qarşı xristian dövlətlərin nümayiş etdirdiyi həmrəylik onların «xristian həyasızlığı»na adekvatdır.

Ancaq tarix göstərir ki, xristianların müsəlmanlara qarşı «xaç yürüşləri» hər dəfə uğursuzluğa düçar olub. Məhz bu səbəbdən dolayıdır ki, Ərdoğanın bircə sərt bəyanatının təsiri altında onlar «dövşan kimi» əsməyə başlayıblar.

Mirzə AĞ
AzPolitika.info










loading...


Fikrinizi bildirin