Türkiyədə terror təşkilatının azərbaycanlı üzvü saxlanıldı

Dərc olunub: 20/03/2019 - 23:28

1AZXBursada hərbi polis tərəfindən gerçəkləşdirilən əməliyyatda “Əl Nusra” terror təşkilatının üzvü olduğu aşkarlanan azərbaycanlı İ.S. saxlanılıb.

Hərbi polis Bursanın Gürsu rayonunun İpekyolu məhəlləsində bir evdə terror təşkilatı üzvünün yaşadığını aşkarlayıb. Polis yüksək təhlükəsizlik tədbirləri ilə evdə əməliyyat gerçəkləşdirib. Əməliyyatda Daxili İşlər Nazirliyi tərəfindən Türkiyəyə girişi və çıxışı qadağan olunan “Əl Nusra” terror təşkilatının azərbaycanlı üzvü İ.S. tutulub.

Evdə aparılan axtarışda təşkilatla əlaqəli sənədlər və digital materiallar ələ keçirilib. Saxlanılan İ.S. hərbi polis bölməsinə aparılıb.








loading...


Fikrinizi bildirin