Göyçayda gənc oğlan başına ağac budağı düşməsi nəticəsində ölüb – FOTO

Dərc olunub: 20/03/2019 - 23:20

a645cf37-099a-4346-bc21-00060c8c12deGöyçay rayonunda yerli sakinin başına ağac budağı düşüb.

“Report”un Şirvan bürosunun xəbərinə görə, hadisə axşam saatlarında şəhərin mərkəzi N.Nərimanov küçəsində baş verib.

1996-cı il təvəllüdlü şəhər sakini Akif Kərimov yol kənarındakı piyada zolağı ilə gedərkən irigövdəli çinar ağacının qurumuş budaqlarından biri qoparaq onun başına düşüb. Ağır kəllə-beyin travması alaraq huşunu itirən A.Kərimov ətrafdakıların köməkliyilə dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.










loading...


Fikrinizi bildirin