Samuxda ər arvadını bıçaqlayıb

Dərc olunub: 21/03/2019 - 00:32

bicaqSamux rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, rayonun Qarayeri kəndində 57 yaşlı yerli sakin Dilbər Məhərrəmova qarın nahiyəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun əri tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.










loading...


Fikrinizi bildirin