Azərbaycanda belə bərbad məktəb var – Təhsil Nazirliyinə ittihamlar + FOTO

Dərc olunub: 21/03/2019 - 14:25

1553161848_53738134_2263142657041267_7872052356324524032_nTəhsil eksperti Kamran Əsədov Neftçala rayonunda yerləşən uçub-tökülmüş orta məktəbin fotosunu paylaşıb və oranı Suriyaya bənzədib.

BakuPost xəbər verir ki, cəmiyyətimizə minlərlə ziyalı bəxş edən həmin orta məktəbin təmir edilməməsi üçün Təhsil Nazirliyini qınayıb: “Yox, bu Suriya deyil. Bura Neftçala rayon Xıllı qəsəbə 1 saylı orta məktəbidir. Mənim məzunu olduğum, minlərlə yüksək səviyyədə şagird hazırlayan və ötən il olimpiada qalibi yetişdirən məktəb. O qonaqlıqlara, media turlara sərf etdiyiniz, ödədiyiniz pulun bir qismini versəz, bu məktəbi yüksək səviyyədə təmir etmək olar.

Qonaqlıq təşkil edib hesab ödəmək fəaliyyət deyil, o pula belə məktəbləri təmir etmək fəaliyyətdir”.










loading...


Fikrinizi bildirin