İraqda bərə qəzaya uğrayıb – Azı 71 nəfər ölüb

Dərc olunub: 21/03/2019 - 21:03

64e5ab19-d4e2-482c-9821-950183a4b4fe

İraqın şimalında Mosul yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” rəsmi şəxslərə istinadən məlumat yayıb.

Bildirilir ki, hadisə zamanı ölənlərin sayı 71 nəfərə çatıb.

Xilasedicilər sudan çoxu qadın və uşaq olmaqla, azı 30 nəfəri xilas edə biliblər. Bərədə ümumilikdə 170 nəfər olub

***

İraqın şimalında Mosul yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində azı 45 nəfər ölüb.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə “Al-Sumaria” telekanalı məlumat verib.

Məlumata görə, xilasedicilər sudan çoxu qadın və uşaq olmaqla, azı 30 nəfəri xilas edə biliblər. Bərədə ümumilikdə 170 nəfər olub.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.










loading...


Fikrinizi bildirin