Quaido aparat rəhbərinin saxlanıldığını bildirib

Dərc olunub: 21/03/2019 - 18:32

2542fd19-bacd-4e1c-abeb-f91bb3bf4eceVenesuela müxalifətinin lideri, Milli Assambleyanın başçısı Xuan Quaido hökumət qüvvələrinin onun aparat rəhbəri Roberto Marreronu saxladığını açıqlayıb.

“Report” RT-yə istinadla xəbər verir ki, o, bu barədə “Twitter”də yazıb.

“Aparat rəhbərim Roberto Marrero qaçırılıb… O, dərhal azad edilməlidir,” – Quaido bildirib.

Eyni zamanda, ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonun Marreronun həbsini qınadığını söyləyib və onu azad etməyə çağırıb.










loading...


Fikrinizi bildirin