Vahid Ələkbərov milyarderlərin "top-10"luğunda 7-ci oldu

"Forbes" 2018-ci ildə aktivlərin satışından və dividendlərdən ümumilikdə 11 milyard dollardan çox qazanan rusiyalı milyarderlərin reytinqini tərtib edib.Siyahıya "Maqnit"in yaradıcısı Sergey Qalitski (2,44 milyard dollar) rəhbərlik edir.

İlk üçlükdə həmçinin "Oneksim" qrupunun sahibi Mixail Proxorov (1,77 milyard dollar) və Novolipetsk Metallurgiya Kombinatının (NLMK) rəhbəri Vladimir Lisin (1,59 milyard dollar) qərarlaşıb.

"LUKoil" şirkətinin başçısı Vahid Ələkbərov 740 milyon dollarla siyahıda 7-ci yeri tutub.

“Report” bildirir ki, reytinqdə həmçinin "Severstal" şirkətinin rəhbəri Aleksey Mordaşov (1,46 milyard dollar), "USM Holdings"in təsisçisi Əlişir Usmanov (1,12 milyard dollar), "Norilsk nikeli"nin rəhbəri Vladimir Potanin (1,12 milyard dollar), "Renova"nın sahibi Viktor Vekselberq (710 milyon dollar), "Evraz"ın əsas səhmdarı Roman Abramoviç (600 milyon dollar) və iş adamı Süleyman Kərimov (490 milyon dollar) yer alıblar.

635x100

Şərhlər

Oqtay 2019-03-21 20:37:16

Vahid Ələkbərovdan ölkəyə nə xeyir ya millətə nə xeyir o var ,yox bizə nə kimə nə xeyri dəyir onun.Bu məalə kimə lazımdır heç kimə Elə də Araz Ağalarov və oğlu bir yetımın ya bir şəhidin əlindən tutmaqlarını eşıtməmişəm.Xahiş edirəm mümkünsə belələri barədə yazmayın

Son yazılar