ZİYA MƏMMƏDOV DAHA BİR VİLLASINI SATIŞA ÇIXARDI - 310 minə (FOTO+VİDEO)

Sabiq nəqliyyat naziri Ziya Məmmədov villasını satışa çıxarıb. Musavat.com xəbər verir ki, sabiq nazir Nardarandakı villasını çox ucuz qiymətə satır. Ziya Məmmədov uzun illərdir ziyarət etmədiyi villasına 310 min manat qiymət qoyub.

Musavat.com -un müxbiri Nardaranda olarkən kənd sakinlərindən öyrənib ki, sabiq nazir 3-4 ilə yaxındır ki, bu mülkünə baş çəkmir. Villaya nəzarəti isə son illərə qədər onun sürücüsü edirmiş. Z.Məmmədovun sürücüsünün də Nardaranda sabiq nazirin qonşuluğunda bağ evi var.

Qəsəbədə olarkən qonşulardan onu da öyrəndik ki, sabiq nazirin ziyarət etmədiyi villasında əvvəllər mühafizəçi olsa da, son zamanlar heç kim gözə dəymir.

Demək olar ki, sabiq nazirin bu mülkü xarabalığa çevrilib. İki böyük giriş qapısı olan bu mülk 2 hektara yaxın torpaq sahəsində yerləşir. Bir zamanlar sabiq nazirin və ailə üzvlərinin tez-tez baş çəkdiyi bu bağ evinin həyətində meydança, ayrı tikilidə idman və əyləncə zalı da var.

Nardaranda olarkən onu da öyrəndik ki, sabiq nazir qala divarlarını xatırladan hasarı olan, dəniz mənzərələri bu villasını çox ucuz qiymətə satışa çıxarıb. Məlumata görə, 310 min manat bu mülkün real dəyərindən ən azı 4 dəfə aşağıdır.

Onu da qeyd edək ki, sabiq nazir bir zaman bu kənddə öz qardaşı Nəriman Məmmədovla qonşu olub. Daha sonra Nəriman Məmmədov həmin bağ evini icra başçılarından birinə - Əhəd Abıyevə satıb. Bir neçə il əvvəl isə Əhəd Abıyev də həmin mülkü Masallıdan olan iş adamına satıb.

Sabiq nazirin haqqında danışdığımız mülkünün görüntülərini təqdim edirik:

635x100

Şərhlər

Telman 2019-03-21 21:39:38

Videoda 35-45 saniyələrə diqqətlə baxın hansısa uçan obyekt var.Təyyarəyə və drona oxşamır.

TALİS 2019-03-21 21:39:38

Həyatdı də. Cox kişilər o vilaya gəlib Ziyanın qabağina əlində padnosda cay aparmağa həsəd ediblər. Villanın hasarının altinda ölən fəhləyə yaziq. Cox insanlar Ziyanın ətrafında sülənib. Hansı ki bu gün onun cörəyinə, üzünə belə ağ oldulr. ... Oz səahiyyətindən istifadə edib Azəryola sədr təyn edib. Ya o kişilər bir kişi olmayıb ya da ..... Elə dəylmi ya?

EJDER 2019-03-21 21:39:38

BRAVO...ANALOQU OLMAYAN ESGERLERDEN BIRIDIR.MOLODES...ILLU ZIYA...SEN GETDIN QABAQA...HA HA HA ...SURRET QATARI ILE...HA HA HA

Anar 2019-03-21 21:39:38

Hec 1000 manatda vermerem.oz 2 otaqli evim ondan defelerle yaxshidi ve gozeldi.

Son yazılar