İranda iki şəhərin sakinləri sərhəd xəttinə görə dava edib

İranda iki şəhərin sakinləri arasında dava baş verib, yaralananlar olub.

ONA-nın Tehran bürosunun məlumatına görə, İranın Xuzestan əyalətinin Əndimeşk və Dezful şəhər sakinləri iki şəhərin sərhədini müəyyənləşdirəcək tablonun quraşdırılması yerinə görə dava edib. Davada bir neçə nəfər ağır xəsarət alıb və bəzi avtomobillərə ziyan dəyib.

Hadisə yerinə Xuzestan əyalət başçısı və polis qüvvələri gəlib. Hər iki şəhər şurasının üzvlərinin iştirakı ilə iclas keçirilib.

Dezful şəhər polisinin rəisi Hüseyn Eydi bu şəhərdə iki nəfərin yaralandığını bildirib. Əndimeşk şəhərindən neçə nəfərin yaralandığından isə xəbərsiz olduğunu deyib.

Qeyd edək ki, şəhər sərhədini müəyyənləşdirəcək tabloya görə iki şəhər əhalisi arasında ötən ilin fevral ayından gərginlik yaşanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar