Millimiz yaxşı oynasa da uduzdu - Xorvatiya-Azərbaycan: 2:1 (VİDEO)

Xorvatiya və Azərbaycan yığmaları arasındakı futbol üzrə AVRO-2020-nin seçmə matçı meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

"Report" xəbər verir ki, Zaqrebdəki "Maksimir" stadionunda keçirilən qarşılaşma Xorvatiya yığmasının 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

***01:35

Xorvatiya və Azərbaycan yığmaları arasındakı futbol üzrə AVRO-2020-nin seçmə matçında hesab dəyişib.

"Report" xəbər verir ki, Xorvatiya komandasının 9 nömrəli oyunçusu Andrej Kramaric qarşılaşmanın 79-cu dəqiqəsində komandasını hesabda irəli çıxarıb - 2:1

***00:32

Xorvatiya və Azərbaycan yığmaları arasındakı futbol üzrə AVRO-2020-nin seçmə matçında hesab bərabərləşib.

"Report" xəbər verir ki, Borna Barişiç matçın 44-cü dəqiqəsində hesabı bərabərləşdirib - 1:1.

Matçın birinci hissəsi bu hesabla başa çatıb.

***00:04

Xorvatiya və Azərbaycan yığmaları arasındakı futbol üzrə AVRO-2020-nin seçmə matçında hesab açılıb.

"Report"un məlumatına görə, qarşılaşmanın 19-cu dəqiqəsində Ramil Şeydayev qüvvətli zərbə ilə Azərbaycan millisini hesabda önə çıxarıb - 1:0.

***23:45

Zaqrebdə Xorvatiya və Azərbaycan milli komandaları arasında futbol üzrə AVRO-2020-nin seçmə oyunu başlayıb.

"Report"un matça ezam olunmuş əməkdaşı xəbər verir ki, E qrupunun görüşü "Maksimir" stadionunda keçirilir.

635x100

Şərhlər

Şamaxılı 2019-03-22 00:12:46

Bəli bizimkilər bu oyunu hətda uda da bilərdiər.Təəsüf ki acizlik etdilər...Abdullayev nahaq yerə meydana buraxıldı...Ümimiyyələ belə oyunçulara Millidə yer veriməsə yaxıdı....

EJDER 2019-03-22 00:12:46

BRAVO ,MOLODES...GORESEN 2 ; 1 UDUZMAQIMIZ ABDULLAYEVE NECE MILYONA BAWA GELIB...HIYYY

Son yazılar