UEFA AVRO-2020-nin səfirlərini açıqlayıb - SİYAHI

UEFA 2020-ci il Avropa çempionatının səfirlərinin adlarını açıqlayıb."Report"un məlumatına görə, gələn il iyunun 12-dən iyulun 12-dək qitənin 12 şəhərində keçiriləcək nüfuzlu yarışın təbliğatı ilə 40 əfsanəvi futbolçu məşğul olacaq.

Səfirlərin siyahısı: Andrey Arşavin (Rusiya), Angelos Xaristeas (Yunanıstan), Deku (Portuqaliya), Alessandro Del Pyero (İtaliya), Marsel Desayi (Fransa), Yuri Corkayeff (Fransa), Ruud Qullit (Hollandiya), Tyerri Anri (Fransa), Kristian Karambö (Fransa), Yürgen Klinsmann (Almaniya), Patrik Klüvert (Hollandiya), Henrik Larsson (İsveç), Brayan Laudrup (Danimarka), Luiş Fiqu (Portuqaliya), Manişe (Portuqaliya), Lotar Matteus (Almaniya), Stiv Makmanaman (İngiltərə), Qaiska Mendyeta (İspaniya), Antonios Nikopolidis (Yunanıstan), Nunu Qomeş (Portuqaliya), Maykl Ouen (İngiltərə), Rober Pires (Fransa), Karel Poborski (Çexiya), Karles Puyol (İspaniya), Rikardu Karvalyu (Portuqaliya), Peter Şmeyxel (Danimarka), Klarens Zeedorf (Hollandiya), Alan Şirer (İngiltərə), Vladimir Şmitser (Çexiya), David Trezege (Fransa), Vitor Baya (Portuqaliya), Xabi Alonso (İspaniya), Xavi Ernandes (İspaniya), Canluka Zambrotta (İtaliya).

Qeyd edək ki, AVRO-2020 Azərbaycanın paytaxtı Bakı ilə yanaşı, Amsterdam (Hollandiya), Bilbao (İspaniya), Buxarest (Rumıniya), Budapeşt (Macarıstan), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Qlazqo (Şotlandiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya) və Sankt-Peterburq (Rusiya) şəhərlərində təşkil olunacaq. Bakıda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək. Yarımfinal və final isə Londonda nəzərdə tutulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar