Get, ey pərizad, sən Leyli... pardon, toyuq deyilsən!

«Bunlar nə toyuq, nə xoruzdurlar - toyuq banlayır, xoruz qığıldayır?» - QTA

Sən, bir işə bax haaa, qidanın təhlükəsizliyi uğrunda necə fədakar çalışma... Malades («molodets» kəlməsinin Qurbanəli bəy tərəfindən təhrif olunmuş variantı)!...

Dünən eşitdim bu xəbəri - Xızıda qidaçılarla polislər bir yekə maşın (VAZ-2104) dolu diri toyuğabənzər, amma toyuq olmaqlığı şübhə doğuran canlı quş aşkar eliyiblər.

Xəbəri eşidən andan fikir məni qanadına alıb, ötən əsrin 60-cı illərinə apardı. O vaxtlar Azərbaycanda bir Amerika filmi nümayiş etdirirdilər - «Sərsəm, sərsəm, sərsəm dünya». Rejissorun uzaqgörənliyi məni bir daha heyran elədi. Nədən ki, bir maşın diri toyuğun toyuq olmaqlığı şübhə altına alınırsa, deməli dünyamız gerçəkdən sərsəmləyib!

O biri tərəfdən, heyran oldum bizim «istedadlı qidaçılar»ın və «şanlı polislər»in fədakar mübarizəsinə - gör, qidamızın təhlükəsizliyi uğrunda necə çarpışırlar - yenə malades!

Gərəkdir ki, bu mübarizə davam etdirilsin və kütləvi xarakter alsın. Məsələn, təklif var ki, bu «sərsəm dünyanın fədakar-bicok» nümayəndələri ölkəni kənd-kənd, məhəllə-məhəllə, hin-hin gəzib də «toyuq olmaqlığı şübhə doğuran quşabənzər canlıları» aşkarlayıb, hamısını müsadirə etsinlər və yoxlanmaq üçün «gecə laboratoriyası»na göndərsinlər ki... camaatımızın qida təhlükəsizliyi etibarlı şəkildə təmin olunsun...

Etiraf edim ki, xəbərdə deyildiyi kimi, «VAZ-2104» maşınına 110 baş diri toyuğun yerləşə bilməsi məsələsinə bir qədər şübhə ilə yanaşmalı oldum - yəni belə şey olar? Tutaq ki, birtəhər yerləşdiriblər, bəs onların toyuq olmaqlığına şübhə haradan və hansı səbəbdən baş qaldırıb? Amma sonra fikirləşdim ki, sərsəm dünyada nə desən ola bilər...

Görünür yoxlayıcılar maşına baxış keçirərkən, görüblər ki, maşının içində xoruzlar toyuqların altında «bənd alıblar», amma əksinə olmalıdır - ta toyuq yaranandan üzübəri, dünyanın hər yerində toyuqlar xoruzların altında «yerləşiblər» - şübhəli deyilmi? Elədir, amma sərsəm dünyada hər şeyl olur...

İkinci şübhə də oradan qaynaqlanıb ki, maşındakı diri toyuğabənzər quşlardan toyuq sayılanları banlayırmışlar, xoruz sayılanlar isə «qığıldayırmış»lar. Bu da başayaqdır - normal ölkələrdə toyuqlar qığıldayar, xoruzlar isə banlayarlar. Elə ona görə də yoxlayıcılar toyuğabənzər quşların toyuq olmaqlığına şübhə ilə yanaşaraq, «Get, ey pərizad, sən Leyli... pardon, toyuq deyilsən!» qəzəlini oxumaq qərarına gəliblər...

Çox şübhəli məsələdir - indi kənd toyuqlarının gerçəkdən toyuq olduğunu kim və necə müəyyən edəcək? Lap tutaq ki, kəndlərdəki şəxsi təsərrüfatlarda «becərilən» toyuğabənzərlərin gerçəkdən toyuq olduğunu «gecə laboratoriyası»nda «dolayı üsullarla» birtəhər sübuta yetirə bildilər. Bəs, onlara «metrik dəftəri» kim yazıb verəcək? Yenə də tutaq ki, kimlərsə qollarını çirməyib, toyuqlara «metrik dəftər» yazmaq və buradan da külli qazanc əldə etmək qərarına gəldi. O zaman sərsəm dünyanın bu «kontor»unun verdiyi «pasport»a kim inanacaq ki?!

İndi sərsəm dünyamızda hər kəsin gözləri qarşısında iri bir sual işarəsi boy verir: Sərsəm dünyanın «qaydasız bazarı»ndan diri toyuq almaq istəyən istehlakçı ona təklif olunan toyuğabənzərin gerçəkdən toyuq olduğunu necə müəyyən etsin?

Zor sualdır, deyilmi? Haydı, qidaçılar, irəli!

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Veteran 2019-03-22 00:10:49

Mirze qardaw sen cox ciddi noqteye toxunmusan, ancaq nedense izahini tam vermeden yanindan kecmisen. Yeni 110 baw toyugun 2104- de nece yerlewdirilmesi meselesini deyirem. Deyirem belke bizim xalqimizin cefakew selahiyyetlileri mawini mehz ele bu dawinma sebebinden saxlayiblar. Yeni ne olar toyuq olanda, onlarin da huquqlari qorunurd da. Deyirem belke meselenin koku ele burdadir, huquqlari pozulub 110 nu bir mawinda dawindigi ucun saglamliqlarini yoxlamaq ucun onlari hekim muayinesine gonderilibler?

saxur 2019-03-22 00:10:49

Ag eden onlardi Mirze sen yox))) Tur kce demis 1 begeni menden )

Alı 2019-03-22 00:10:49

Yaradıldıqdan sonra az bir zaman kəsiyində özlərini "təmiz" göstərməyə, belə bir imic formalaşdırmaga çalışdılar.Amma olmadı.İndi var gücləri ilə sələflərinin korrupsiya təcrübələrini inkişaf etdirərək praktikada tətbiqinə başlayıblar.Əminəm ki, belə absurd hərəkətləri AQAT-ın əməkdaşlarından mütamadi olaraq eşidəcəksiniz.Çünki 1) bunlar məhz bu yolun adamları idi 2) Bunlardan indi bunu tələb edirlər ki, "para gətir" 3)Bunların yerinə kimi qoysalar da belə etməyə məhkumdurlar.Başqa yolu yoooooxxxxx.

EJDER 2019-03-22 00:10:49

HESAB EDIREM KI,BU XALQ TEREFINDEN SECILMIW VE DESTEK ALMIW ,DUNYADA ANALOQU OLMAYAN HOKUMETIMIZIN YAVAWDAMADAN,DAYANIQLI INKIWAFIDIR...LAZIM GELERSE BU ANALOQSUZ TECRUBENI MONQOLLARLA BOLUWDURMEYE HAZIRIQ...WIROKO WAQAET AZEBIJAN...HEC VAXT BELE GUCLU OLMAMIWIQ,URA TOVARIWI...SURRRREKKKLLIII VE ANALOQU OLMAYAN ALQIWLAR.

Son yazılar