“Qarabağ münaqişəsində Azərbaycanın haqq mövqeyini dəstəkləyirik” – Pakistan Prezidenti

Dərc olunub: 22/03/2019 - 12:52

0d58e16a-b6f9-42a5-a2a4-7c169111d8daPakistan İslam Respublikasının Prezidenti Arif Alvi martın 22-də bu ölkədə səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib.Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
General-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Prezidentinin xoş salamlarını Arif Alviyə çatdırıb. Ölkəmizin Pakistanla əlaqələrə, xüsusilə hərbi sahədə əməkdaşlığa önəm verdiyini qeyd edən müdafiə naziri təhlükəsizlik, hərbi-texniki, hərbi təhsil və bir sıra digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Pakistan Prezidenti, öz növbəsində, salamlarını və dərin ehtiramını Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş edib. A.Alvi dövlətlərarası əlaqələrin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək hərbi-texniki, müdafiə və digər əlaqələrin daha da inkişafının zəruriliyini bildirib. Dövlət başçısı Pakistanın Dağlıq Qarabağ münaqişəsində ölkəmizi dəstəkləməsindən şad olduğunu və bunun davam edəcəyini, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistanın Ermənistanı bir dövlət kimi tanımadığını və məsələnin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyini vurğulayıb.
Görüşdə tərəflər maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.








loading...


Fikrinizi bildirin