“OĞLUMU LÜT SOYUNDURUB, ÜZÜNƏ, BƏDƏNİNƏ TÜPÜRÜBLƏR” – Tükürpədən açıqlamalar

“Gözlərimiz həbsxana yollarından çəkildi. Kürdəxanı, Şüvəlan, Binə, Lənkəran, Şirvandakı zindanları gördük. Acı xatirələr çoxdur. Şirini isə heç yoxdur. Bütün günahsızların azadlığa çıxması üçün ölkə prezidentinin xeyirxah addımının davamını görmək istərdik”.

“AzPolitika.info”nun məlumatına görə, bunları sabiq YAP-çı deputat və Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu oğlu Rüfət Səfərovun Prezidentin əfv fərmanı ilə azadlığa buraxılması haqda danışarkən deyib.

Yerli saytlara müsahibəsində oğlunun həbsinə görə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi günahlandıran E.Sabiroğlu, Rüfətə həbsdə verilən dəhşətli işgəncələrdən söhbət açıb. Sabiq deputat oğlunun səhhəti ilə bağlı sualı cavablandırarkən deyib:

“Sabiq müstəntiq belə qurtarıbsa, şükür buna! Səhhətindəki problemlərin öz-özünə, yoxsa nədənsə yarandığını tibbi müayinədən sonra dəqiq deyə bilərik. Vaxtı ilə canı-dildən müdafiə elədiyim hakimiyyətin nahaqdan həbs etdirməsi bir yana, Kürdəxanı təcridxanasında 25 illik resedivistin Rüfətin qaldığı kameraya köçürülərək onun psixoloji işgəncəyə məruz qoyulmasını, 9 saylıda altı ayın ərzində müxtəlif bəhanələrlə üç dəfə karsa salınmasını, öyrədilmiş məhkumun bıçaqla hücumunu (sonradan həmin məhkum mükafat olaraq əfvlə azad edildi) bir ata kimi unuda bilmərəm. Rüfətin sonuncu 10 günlük kars həyatı isə miqyasına görə elə dəhşətli və ölümsaçan işgəncələr növü ilə yaddaqalan olmuşdur ki, xatırladıqca damarlarımda qanım donur. Penitensiar xidmətin Füzuli adında əməliyyatçısı və 9 saylı CÇM-nin sabiq rəis müavini Azər Bağırzadənin Rüfətə verdikləri işgəncələri, 7 saata yaxın çarmaxa çəkmələrini sözlə ifadə etmək çətindir. Evdə-eşikdə məsləhət görürlər ki, danışmayım. Axı necə danışmayım ki, Rüfəti intihar həddinə çatdırıblar. İlk dəfədir dilə gətirirəm. Təhqirlərə, işgəncələrə dözə bilmirmiş. Kimlər Rüfətin qanına susayıb!? Bu sualın cavabı mənim üçün qaranlıq deyil… Təsəvvür edin! Oğlumu lüt soyundurub üzünə, bədəninnə tüpürüblər, ən iyrənc hərəkətlər ediblər, əlini, ayağını dəmir çarpayıya bağlayıblar. Bu vəziyyətdə 1 sutka qalıb! Təbii ehtiyacının çarpayıda ödətdirib buna gülüblər! Ayaq yolunda sürüyüb iyrəncliyi seyr ediblər! Baxın, oxuyun Azərbaycan xalqı! Baxın, oxuyun Azərbaycan rəhbərliyi! Amma Rüfətim sınmayıb. Bu uşaq beton parçaymış, vallahi. Şükürlər olsun Allahıma ki, Rüfəti vəhşətin qarşısında sındırmadı”.

Ümid edirik ki, Eldar Sabiroğlunun bu dəhşət saçan açıqlamalarının üstündən sükutla keçilməyəcək və hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq. İndiki dövrdə Azərbaycan həbsxanalarında belə dəhşətli işgəncələrin baş verdiyinə inanmaq və bununla barışmaq çətindir.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Köhnə azərbaycanlı 2019-03-22 11:13:23

Bu məsələni nəbadə 82 yaşlı ombusman kimyaçı "Şərəf" və "Şöhrət" ordenli, 2 ildir yerinə "layiqli" namizəd tapılmayan Elmira Süleymanova bilməsin aaa... Yoxsa qan düşər. Hüquq təhsilli, atası YAP-ın yaradıcılarından olan müstəntiqi "təcrid-tərbiyə müəəsisələrində" bu günə salırlarsa gör indi adi vətəndaşla necə rəftar edirlər. Adam fikirləşəndə ağlı başından çıxır...

Əşrəf 2019-03-22 11:13:23

Azər həqiqətən manyak idi. Dustaqlara işgəncə verməkdən həzz alırdı. Özü etiraf edirdi ki, həmin CM-də cəza çəkən MTN-çilərə güldən ağır söz deyə bilmir. Ancaq vicdanlı və imkansız dustaqlara zülm edirdi. O, bu cür insanları və onların qohum-əqrabalarını dövlətdən narazı salan ən vicdansız məmur idi. Ədliyyə Nazirliyi onun barəsində düzgün qərar qəbul etdi. Lakin Xəzər Prokurorluğu onu rüşvət tələb etdiyinə görə məsuliyyətə cəlb etmək istəmir (fakt da var). Baş Prokurorluq bu işi nəzarətə götürsə yaxşı olar

Əşrəf 2019-03-22 11:13:23

9 saylı CM-nin həmin sabiq rəis müavini Azər Bağrzadənin qanunsuz hərəkətləri və rüşvət tələb etməsi barədə faktı Ədliyyə Nazirliyinin rəhbərliyinə təqdim etdikdən sonra Azəri işdən azad edib, rütbəsini aşağı endirib ƏN Mühafizə Alayına göndərdilər, rüşvət tələb etmə faktı barədə materialı da Xəzər rayon Prokurorluğuna göndərdilər. Lakin prokuror köməkçisi Səməd adlı şəxs rədd qərarı qəbul elədi. Qərardan şikayət verəcəyik. Ümid edirəm ki, Azər barədə qanuni tədbir görüləcək. O, dustaqlara qan uddurub.

veten dashi 2019-03-22 11:13:23

Bir ziyalli Azərbaycan gəncinə,bir ailə başçısına bu cür həqarət edənin şərəfi yerlərdə sürünər inşallah.Ləyaqətsiz və şərəfsiz əclaf..... Ey soysuz məxluqat allahın lənət və qəzəbindən qurtulacağınımı düşünürsən.....

Ayzek 2019-03-22 11:13:23

ELDAR MÜƏLLİM, İSTƏYİRSİNİZ Kİ, SİZİ DƏ MEHMAN HÜSEYNOV KİMİ HAKİMİYYƏTƏ "ŞƏR" ATDIĞINIZA GÖRƏ "İÇƏRİ" SALSINLAR?

Ilqara 2019-03-22 11:13:23

Eliye,buna besh barmagivi bal ele agizlarina sox xeyri yoxdur.Indi ayilib duzluk axtarirlar.Dovlet ichinde dovlet yaratmaq isteyirdiz?Shadliginiza shitlik etmeyin,yigdiqlarinizdan xecleyib heyatinizi yashayin.

Romana 2019-03-22 11:13:23

Ne milletisen bilmirem,allah Mubarize rehmet elesin,Ozuvu nechenci gorursen sirada?

TALİS 2019-03-22 11:13:23

Həbsxanalara nəzarət edən idarənin rəisinin kim olduğunu bilirsizsə daha bu kimi dəhşətlı faktlara hec də təcüblənməyin ay binava millət...

t.ədalət 2019-03-22 11:13:23

Yazını oxuyub dəhşətə gəldim.Rüfət Eldar Sabiroğlunun oğlu olsa da, o,bir Azərbaycan balasıdır.Bu işi görənlər dolayısı ilə prezidentə qarşı olanlardır. Məlumdur ki,heç bir dövlət başçısı belə iyrəncliyi etmək üçün kiməsə göstəriş verməz.İşgəncə verənlərin milli kökəni araşdırılmalıdır.Azərbaycan həbsxanalarını "alman düşərgələrinə" çevirənlər cəzalandırılmalıdır.Burda,sanki kimlərsə erməni kimi bizdən intiqam alırlar.Unutmasınlar ki,"əldən-ələ keçir həyat."Cəza əvəzsiz qalmır...

Ilqar 2019-03-22 11:13:23

Eldar Sabiroglu .... YAP hakimiyyatinin tayin olunmuw deputati, hec bir harbi savadi olmayan polkovnik rutbasi verilib. Gurultu ila bu ogrulari mudafia edirdi. Bas onda bilmirdi ki, mudafia etdiyi .... hakimiyyat millati talayir, siyasi sifarişli həbslər, lakalamalar, warlamalar hayata kecirir, bilirdi, cunki ozu da hakimiyyətdan qidalanirdi. Ona gora da oglunu prokurorluga mustantiq tayin etmiwdilar, hami bilir ki, bu ela bela tayinat deyil. Sonradan saray talxaylari vuruwdu va bu da cazandirildi. Aqidasini dayiwana nifrat ediram...

Əli 2019-03-22 11:13:23

Bu adam nəsə bir cinayət edib bunun da cəzası 9 il təyin olunub indi mən başadüşmürəm bunlar kimdir ki tutulana işgəncə verir.Bu hansı qanunda yazılıb yazılmayıbsa niyə tədbir görülmür Biz meydanda sovetin əksinə nümayişə cıxanda gecə gündüz meydanda azadlıq tələb edəndə belə mi dövlət istəmişdik? Heyf o 20 yanvar şəhidlərinin qanı

Roman 2019-03-22 11:13:23

Senin oglun kimi 2- ci kishi bu respublikada Mubariz Ibrahimovdur.

kamil 2019-03-22 11:13:23

Məncə,Fuzuıidi o norisi zibildir onıara hec kim göstəriş verən olmayıb.Sadəcə bu məxluqlar manyakdırlar.Araşdırmaq lazımdır bəlkə bunlar məişətdə də belədirləf.Bəlkə evinin xirzəmısində girov saxllayırlar.Təcili tədric olunmalıdırlar.

Nadir 2019-03-22 11:13:23

Bismillahir-Rəhmanir-Rəhim. Hörmətli Eldar Sabiroğlu oğlu yazır ki, onun oğlunun başına gələnlərddə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi günahkardı. Hörmətli Ramiz Mehdiyevi görəsən bu cür işlərlə niyə məşğul olur? Prezident Administrasiyasında işlət öz başına qalıb.Prezident onların yerinə, nə üçün ərizələrdə məktubları yığmalıdır?Hətta Prezident Administrasiyasına göndərilən məktublara belə cavab vermirlər. lütfkarlığı, mərhəməti bəs hardadır?Nəticə göz qabağındadır, əlavə şərhə ehtiyac yoxdur!

EJDER 2019-03-22 11:13:23

EH,BU ANALOQU OLMAYAN HOKUMETE VE YAP cilar PARTIYASINA 25 IL XIDMET ELEYEN SIZ OZUNUZSUNUZ. BUDUR DEMOKRATIYA,BUDUR ANALOQU OLMAYAN IDAREETME.GOZLEYIN ISLAHAT OLAJAQ...POLIS,EDLIYYE,MEHKEME... ESAS TERIFDU,ONU BOL ELEYIN ...ERMENILER TELAW ICINDEDI ,,VAWINQTON POST ,,,HAY HUY,AXIRIDA LENININ YANI...

Veteran 2019-03-22 11:13:23

Men de inaniram ki, sutka kecmeyecek ve texminen bele bir aciqlama olacaq. Penitensiar xidmet resmisi Mehman Sadiqov burada yazilanlarin hamisini tesdiq edecek ve qeyd edecek ki, beli, hormetli Sabir muellimin dedikleri hamisi heqiqetdir. Ancaq gosterilen iwgence ve tehqirler bizde yox, Quantanamo hebsxanasinda tetbiq edilir. Ona gore de Sadiqov xalqimizi waiyelere uymamaga, hormetli Sabir Muellimi ise hekime muraciet etmeye sesleyecek

Mübarizə cavab 2019-03-22 11:13:23

Mübariz m, nəzərdə tutduğunuz Ədliyyə Nazirinin müavini aparatın işlər idarəsinin rəisi Oqtay Şahbazovun kürəkəni həm də AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafazadənin qudası, yəni oğlunun qaynatasıdır. Hüquq və İnsan Haqları İnstitutunun a...

Etibar 2019-03-22 11:13:23

Eldar Sabir oğlu,oğlunuzun başına gətirilən işgəncələrin başlıca günahkarı elə..... Odur ki,sizin izahınız yalnız nağıldır

Müfəttiş 2019-03-22 11:13:23

Düşünürəm ki, Rüfətə verilən işgəncələrin əsas sifarışçi Respublika Prokurorluğudur. Əgər belə deyilsə bu faktları icraata götürsünlər...

Mübariz 2019-03-22 11:13:23

Ədliyyə Nazirliyinin rəhbərliyi tam ruspərəst...insanlardırlar. Onları yalnız pul maraqlandırır. Onlar bakimiyyətə yaltaqlanmaq üçün həbsxanalarda baş verən cinayətlərə nəinki göz yumurlar.... Yeri gəlmişkən ədliyyə nazirinin müavinlərindən biri Ramiz Mehdiyevə çox bağlı birisidir. Bu adam həm də aparatın işlər idarəsinin rəisi oqtay şahbazovun kürəkənidir.

vekil 2019-03-22 11:13:23

kecmis oisun sebr edib tanriya duva etmek laimdr bu dusmenciliy gunu gunden boyuyur bunun axiri yaxsi olmayacaq...islahatlar 1 ci pentinsiar xidmetinden baslanmalidir hamisi mesuliyyete celb olmalidirlar teftis olunmalidirlar onlar hamisi getmeli yerlerine milli veteni seven rusvetsiz kadrlar evelenmelidirler umumiyyetle butun sahelerden ifunet iyi gelir...

omer 2019-03-22 11:13:23

Sabir muellim o insanlarin adlarini yazin .iwgence verenlerin.oyredilmiw dustaqlarin. qoyun xalq oz qehramanlarini tanisin..hec kim yazmasa gedib qoxub qonwularina daniwin..qoy balalari bilsinki atalari hansi ..yolnan corek qazanir

Kənar adam 2019-03-22 11:13:23

Buna nə deyəcəksiniz? Sözün bitdiyi yer.

hegiget 2019-03-22 11:13:23

Allah sebir versin

Son yazılar