"Taleh Bağırovun həyat yoldaşı telefon keçirməyə cəhd edib" - Penitensiar xidmət

Həbsdə olan “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə telefon keçirməyə cəhd edib.

"Report" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidməti (PX) məlumat yayıb.

Bildirilib ki, hazırda Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkum Taleh Kamil oğlu Bağırovun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Bakı şəhər sakini Leyla Miryaqub qızı İsmayılzadə tərəfindən gətirilən sovqata və əşyalarına baxış keçirilib. Baxış zamanı uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.

Xatırladaq ki, T.Bağırov və digərləri 2015-ci il noyabrın 26-da Nardaran hadisələrinə görə həbs olunub və 18 il müddətinə azadlıqdan məhrum edilib.

635x100

Şərhlər

yusif-1313 2019-03-22 11:57:23

Son hadisələr göstərdi istənilən məlumati yalan ola bilər

NURəddin 2019-03-22 11:57:23

TELEFONUN YUXARI SAĞ KÜNCÜNƏ İSƏ MİNİ HİDROKEN BOMBASI YERLƏŞDİRİLİBMİŞ.

medet 2019-03-22 11:57:23

Ədliyyə Nazirliyi Penitensiar xidməti çox böyük analoqu olmayan qəhrəmanlıq edib

Son yazılar