Bakı-Tehran aviareysi təxirə salınıb

Dərc olunub: 22/03/2019 - 12:05

mahan-airBu gün Bakıdan Tehrana (İran) uçan aviareys təxirə salınıb. Məlumatı Heydər Əliyev Beynəlxalq Hava Limanından “Report”a təsdiq ediblər.

Bu gün Bakı vaxtı ilə 10:30-da həyata keçirilməli olan “W5 1131” reysinin təxirə salınmasının səbəbi 9.15-də Tehrandan nəzərdə tutulan aviareysin ləğv edilməsidir.

Həmin aviareysləri İranın “Mahan Air” şirkəti həyata keçirməli idi.

Həmin uçuşları “A310-300” markalı sərnişin təyyarəsi ilə reallaşdırılması nəzərdə tutulmuşdu.








loading...


Fikrinizi bildirin