Gündə 300 min barrel nefti cəmi 16 dollardan satan mafiya...

İraq Kürdüstanı nefti İsrailə dempinq qiymətlərinə satır. Virtualaz.org xəbər verir ki, bunu İran mühafizəkarlarının qəzeti olan “Kayhan” yazıb.

Nəşr bildirir ki, İsrail İraq Kürdüstanındakı “mafiya”dan İraq neftini nəzərə çarpacaq həcmlərdə bir barrelə görə cəmi 16-17 dollara alır. Qanunsuz ixracatın həcmi gündəlik 300 min barrelə çatır.

İddia olunur ki, İsrailə satmaq üçün nəzərdə tutulan neft Ərbildə və Süleymaniyyədə hasil olunur, sonradan isə İraqın sərhədyanı kiçik Zahu şəhəri vasitəsilə Türkiyənin Mersin və Ceyhan limanlarına ötürülür. Limanda xam neft tankerlərə yüklənir və İsrailin Aşdod limanına çatdırılır.

Qeyd olunur ki, qeyri-qanuni neft ticarəti kürd muxtariyyəti hökumətinin Bağdaddakı federal hökumətlə neft ixracatı ilə bağlı sazişin imzalanmasını ləngitməyinin əsas səbəblərindən biridir.

Xatırladaq ki, 2018-ci ilin noyabr ayında İraq və kürd muxtariyyətinin hökumətləri mübahisəli Kərkük ərazisindən neft ixracatının bərpası ilə əlaqədar sazişin imzalanmasına yaxın idilər. ABŞ bu sazişin tezliklə imzalanmasına ümidvar idi, belə ki, bunun hesabına İraqda neft hasilatının həcmi gündəlik 400 min barrel yüksələcək. Həmin xammal ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan sonra dünya bazarında yaranmış qıtlığı aradan qaldıra bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar