Almaniyada daha bir skandal - Mesut Özildən sonra İlkay...

İrqçiliklə qarşılaşdığı üçün milli komandanı tərk edən Mesut Özildən sonra komandanın daha bir türk əsilli futbolçusu İlkay Gündoğan da eyni təpki ilə qarşı-qarşıya qalıb.

Bu günlərdə Almaniya və Serbiya arasında baş tutacaq oyuna hazırlıq ərəfəsində türk əsilli futbolçu İlkay Gündoğana qarşı qara kampaniya başladılıb. İlk həmlə ölkənin tanınmış basketbolçusu Andredən gəlib. O, sosial mediada İlkay Gündoğan və Saneyə dair irqçi şərhlər verib. Onun nifrətdən doğan şərhləri bir andaca sosial mediada yayılıb, geniş müzakirələrə səbəb olub. 500 min insanın izlədiyi həmin şərhlərin ardınca çoxsaylı şikayətlər də gəlməyə başlayıb və bu səbəbdən hüquq-mühafizə orqanları hərəkətə keçib.

Almaniyanın “DRA” xəbər saytına danışan polis sözçüsü bildirib ki, şikayətlər və adı çəkilən irqçi basketbolçu barəsində artıq araşdırma aparılır.

Xatırladaq ki, ötən ilin mayında Almaniyanın Premyer Liqa komandasında oynayan türk futbolçuları Cenk Tosun, Mesut Özil və İlkay Gündoğan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, birgə şəkil çəkdirmiş və formalarını prezidentə hədiyyə etmişdilər. Bunun ardınca Almaniyada türk futbolçularına qarşı sərt təpkilər gəlmişdi.

Sərt reaksiyalara dözməyən Mesut Özil 2018-ci ilin Dünya Çempionatında qrup oyunları zamanı milli komandanı tərk etmişdi. Fotbolçu sosial şəbəkədə bu şərhi qeyd etmişdi:“Qazandığımız zaman alman, uduzduğumuzda qaçqın oluram. Futbolçu yoldaşlarım Podolski və Kloze heç bir zaman polyak-alman olaraq görülmədi, bəs niyə mən türk-alman görüldüm? Türk olduğum üçünmü? Ya müsəlman olduğum üçünmü? Son yaşanan olaylar səbəbilə, irqçilik və sayqısızlıqla qarşılaşdığım üçün artıq Almaniya milli komandasında oynamayacam. Bu komandanın milli geyimini çox böyük qürur, həyəcanla geyindim, amma artıq geyinməyəcəm”.

635x100

Şərhlər

Ayzek 2019-03-22 16:02:02

DİKTATORLA ŞƏKİL ÇƏKDİRMƏK, ÜNSİYYƏT QURMAQ AVROPADA ÇOX PİS QƏBUL OLUNUR.ONA GÖRƏ DƏ HEÇ KİM İNCİMƏSİN!

Son yazılar