“İrana qarşı təzyiqlər davam edəcək” – POMPEO

Dərc olunub: 22/03/2019 - 16:44

mayk pompeo observer az“ABŞ İranın Yaxın Şərqdəki nüfuzunu azaltmaq üçün bu ölkəyə sanksiyalar vasitəsilə təzyiqlərini davam etdirəcək”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo “Fox News”a müsahibəsində bildirib.

“Mövcud administrasiya Yaxın Şərqdə əhatə dairəsini genişləndirməyə çalışan İrandan gələn çoxlu sayda təhdidlərin qarşısını almaq üçün ciddi səylər göstərir. Bundan sonra da məhz belə davranacağıq. Biz indidən İraqdakı yaraqlıları, İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli rəhbərlərini, habelə husi qiyamçılarına, HƏMAS-a, “Hizbullah”a yardım üçün qanunsuz vəsait axınlarında əli olan maliyyə təşkilatlarını, maliyyəçi agentləri ayırd etmişik”, – deyə Ağ Ev rəsmisi qeyd edib.








loading...


Fikrinizi bildirin