Saakaşvilinin həyat yoldaşı Zuqdidinin meri ola bilər - Namizədliyi irəli sürülüb
Baxiş sayı:
Dərc olunub:
22/03/2019 - 17:53
Gürcüstanın “Güc birlikdədir” siyasi birliyi keçmiş prezident Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulofsun Zuqdidi şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürüb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qərar bu gün birləşmiş müxalifətin toplantısında qəbul olunub.
S.Rulofs 2016-cı ildə Zuqdidi şəhərindən majoritar deputat qismində parlament seçkilərində iştirak edib. O, seçkilərin ikinci turunda iştirakdan imtina etmişdi.
Qeyd edək ki, Zuqdidi bələdiyyəsinin meri vəzifəsi ötən ilin sentyabrında Laşa Gogianın istefasında sonra boş qalıb. Zuqdididə növbədənkənar mer seçkiləri bu ilin mayında keçiriləcək.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.