“Boeing” şirkətinə növbəti zərbə - Milyardlıq müqavilə ləğv edildi

Dərc olunub: 22/03/2019 - 19:31

810743de25a6d66dbd68efb15d63b403Daha bir beynəlxalq hava yolu şirkəti “Boeing”lə bağladığı müqavilədən imtina edib.İndoneziyanın “Garuda İndoneziya” şirkəti “Boeing”ə verdiyi 49 ədəd “737 MAX” təyyarəsinin sifarişini ləğv edib.

“Garuda” rəsmiləri bu barədə “Boeing”ə rəsmi məktub göndərib. Məlumata görə, müqavilənin dəyəri milyard dollar həcmində olub.

Qeyd edək ki, son 6 ayda “Boeing 737 MAX” modelli təyyarə iki dəfə qəza keçirib. Nəticədə 346 nəfər vəfat edib. 10 martda Efiopiyada 157 nəfərin öldüyü qəzadan sonra bütün dünyada bu təyyarələrin uçuşu ləğv edilib.

Xatırladaq ki, “737 MAX” modeli “Boeing” şirkətinin tarixində ən çox satılan təyyarə idi.(Qafqazinfo)










loading...


Fikrinizi bildirin