"Rəsulzadəyə heykəl qoyulmasının da zamanı gələcək..." - YAP deputatı

"Məmməd Əmin Rəsulzadə Azərbaycan tarixində görkəmli yer tutmuş xadimlərdən biridir. Azərbaycançılığın, müstəqillik ideyalarının qorunub saxlanmasında xidməti olan insanlardan biridir”.

Bu sözləri Yeni Azərbaycan Partiyasının deputatı Aydın Mirzəzadə Bakupost.az-a açıqlamasında deyib.

O, Bakıda Rəsulzadəyə heykəl qoyulması məsələsinə münasibət bildirib.

A.Mirzəzadə deyib ki, zaman-zaman tarixdə xidmətləri olan insanların heykəlləri də qoyulur, adlarına təqaüdlər də verilir və s. Rəsulzadəyə heykəl qoyulmasının da zamanı gələcək: "Heç kəsin xidməti unudulmur. Mənə elə gəlir ki, Məmməd Əmin Rəsulzadəyə də Bakıda heykəl qoyulmasının da zamanı var”.

635x100

Şərhlər

Osman 2019-03-22 20:29:13

bic-bic qarğa dili danışır. Nala mıxa vurur

Əli 2019-03-22 20:29:13

Gələcək yox artıq gəlmək üzrədir qapını döyür lap az qqalıb Molodes hiss etmisən

EJDER 2019-03-22 20:29:13

AYDIN LAP AYDIN BILIR KI,BU ANALOQU OLMAYAN HOKUMETIN QURDUQLERININ AXIRI P...R, SARAKOZI CANI...WUBHESIZ BIR ZAMAN HEQIQET,PARILDAYACAQ.ALLAH REHMET ELESIN.ESIL KIWI,MEMUR ,VETENPERVER NAZIR ONLAR IDI.

yalçın 2019-03-22 20:29:13

əsl müstəqillik olanda qoyular tanrı izniylə..

miri 2019-03-22 20:29:13

M.Ə.Rəsulzadənin haqq və Məmləkətsevərlərin qəlbində "qurduğu heykəl" həmişə olub və olacaq. Məmləkət ərazisində qurulacaq heykəllər də olacaq. Amma bunlar Lazımla yox, haqqin-ədalətin bərqərar olduğu yaxın vaxtlarda olacaq. Mutləq olacaq. İNŞƏALLAH. Onda isə sizin kimilər çətin ola.

Bashirov Qarib 2019-03-22 20:29:13

Nə qəribə açıqlamadır.Aydın bununla nə demək istəyib.Yoxsa,o da yeni eranın başlanacagına işarə vurur.

Akif 2019-03-22 20:29:13

Hakimiyyət nümayəndəsindən bundan artıq düşüncə gözləmək olmaz.Aydın Mirzəzadə və onun təmsil olunduğu, antixalq siyasəti aparan YAP bilsin ki,Rəsulzadə xalqımızın qəlbində əbədi yaşayacaq. Amma ondan sonra Azərbaycana rəhbərlik etmişlər yaddan çıxacaq.Bunu tariz sübut edir.

Ağa 2019-03-22 20:29:13

MƏN SİYASƏTÇİ DEYİLƏM. ANCAQ BU DEPUTATA SUALIM VAR. NİYƏ İNDİYƏ KİMİ ONUN HEYKƏLİ HEÇ BİR YERDƏ YOXDUR

Son yazılar