“Avro-2020”: bu gün birinci turun növbəti 7 görüşü keçiriləcək

Martın 22-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsində birinci turun digər qarşılaşmaları keçiriləcək.

İkinci oyun günündə 3 qrupda 7 görüş təşkil olunacaq.

Günün maraq doğuran oyunu A qrupunda yer alan İngiltərənin “Uembli” stadionunda Çexiya ilə qarşılaşmasıdır. B qrupunda mübarizə aparan son Avropa çempionatının qalibi Portuqaliya isə öz meydanında Ukrayna ilə münasibətlərə aydınlıq gətirəcək.

Dünya çempionu Fransa H qrupunda səfərdə Moldovanı sınağa çəkəcək. Qonşu ölkə Türkiyə də seçmə mərhələdəki ilk oyununu səfərdə keçirəcək. Komanda Albaniyanın müqavimətini qırmağa çalışacaq.

Günün bütün oyunları aşağıdakılardır:

A qrupu

21:00. Bolqarıstan – Monteneqro

23:45. İngiltərə - Çexiya

B qrupu

23:45. Lüksemburq – Litva

23:45. Portuqaliya – Ukrayna

H qrupu

23:45. Albaniya – Türkiyə

23:45. Andorra – İslandiya

23:45. Moldova – Fransa

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar