Dilənməklə gündə 800 dollar qazanır - Londonda mənzili var + VİDEO

Britaniyalı evsizlər gündə 600 funt sterlinq (təxminən 800 dollar) qazanır. Bu haqda "Daily Mail” qəzetinə danışıblar.

Məşhur nəşrin əməkdaşı iki evsizlə söhbətində bunları eşidib. Onlar heç də evsiz deyilmiş. Birinin Londonda, digərinin Datfordda mənzili var. Onlar etiraf edib ki, iş axtarmaqdansa dilənmək daha sərfəlidir.

Özünü Darren kimi təqdim edən dilənçi London küçələrində günə azı 100 funt sterlinq qazanır. Qazancı bəzən 600 funt sterlinqə çatır. İşin sonunda Darren evə qayıdıb yemək yeyir və duş qəbul edir. Küçədə dilənən zaman isə yoxsul görüntüsü yaratmaq lazımdır.

Darren etitaf edib ki, pabların yaxınlığında daha çox qazanmaq mümkündür. Çünki sərxoş adamlar çox səxavətli olur.

Digər dilənçi Ed Stafford bu iş sayəsində xeyli səyahət etdiyini bildirib. Böyük Britaniyanın bir çox şəhərlərində olub. Mançesterdə, Qlazqoda da yaxşı qazanmaq mümkündür. Amma ən çox pul London küçələrindədir.

Stafford danışır ki, bir "həmkarı” yarım saata 30 funt sterlinq qazanmağa bacarır. Bu isə oğlunu yaxşı təmin etməyə və iki yataq otağı olan mənzildə yaşamağa imkan verir./Bizimyol.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar