Zaqatalada canavarlar 40-dan çox xırdabuynuzlu heyvanı parçalayıb

Zaqatalada canavarlar fermaya hücum edib.

ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Qandax kəndində qeydə alınıb. Canavarlar kənd sakini Rəcəb Məmmədova məxsus 40-dan çox xırdabuynuzlu heyvanı parçalayıb.

R.Məmmədov ONA-ya açıqlamasında bildirib ki, hücuma məruza qalan heyvanlardan 12 tələf olub, qalanları isə yaralıdır.

Qeyd edək ki, canavarlar hücum edən fermada bir-neçə kənd sakininə məxsus 300 baş xırdabuynuzlu heyvan olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar