Rəsmi Bakı Avropa İttifaqı ilə əməkdaşlıqdan imtina edir

Novruz Məmmədov:"Bu günə qədər Avropa Azərbaycan üçün nə edib?"

Prezident Administrasiyası rəhbərinin müavini və xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi Bakının Avropa İttifaqı ilə inteqrasiyadan imtina etdiyinə işarə vurub. Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə bu yaxınlarda Vilnüsdə keçiriləcək sammiti barədə danışan Məmmədov deyib:

“Avropa İttifaqı ilə əməkdaşlığımızın mühüm mərhələlərindən biri – Vilnüs sammiti keçirilməlidir. İndi biz düşünürük, ora nə üçün getməliyik? Bu günə qədər Avropa Azərbaycan üçün nə edib? Bu günə qədər Qərb Azərbaycan üçün nə edib?”.

Xatırladaq ki, bugünlərdə hakimiyyətə yaxın bir neçə KİV rəhbərləri və ictimaiyyət nümayəndəsi də İlham Əliyevə müraciət edərək Şərq Tərəfdaşlığı proqramından imtinaya, Vilnüs sammitində iştirak etməməyə çağırmışdılar. Siyasi təhlilçilər bu çağırışın Prezident Administrasiyasından təşkil olunduğuna şübhə etmirlət.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar