Bakıda yanğın - Ölən var

Paytaxtda yanğın hadisəsi baş verib.Fövqəladə Hallar Nazirliyinin saytında verilən məlumatlarda bildirilir ki, Bakının Xətai rayonunda ümumi sahəsi 107 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 54 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Abbasov Əli Bayram oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

635x100

Şərhlər

t.ədalət 2019-03-23 10:21:20

Bakıda bu qədər yanğın hadisələrinin baş verməsi arasşdırılmasa,ardı kəsilməyəcək..

Son yazılar