ADY Gəncə-Bakı reysində dəyişiklik edib
Baxiş sayı:
Dərc olunub:
23/03/2019 - 11:14
"Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə həmin reysə dəyişiklik edib. Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, 25.03.2019-cu il tarixində Gəncədən, bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin edilir. Qeyd edək ki, Qatar Gəncədən saat 18-00-da yola düşəcək və Bakıya saat 22-15-də çatacaq.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.