Qazaxıstanda paytaxtın adı yenidən dəyişdirilib

Qazaxıstan Prezidenti Qasım Comərt Tokayev ölkənin paytaxtı Astana şəhərinin Nur-Sultan adlandırılması barədə fərman imzalayıb.“Report” Qazaxıstan Prezident Administrasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, bundan əvvəl dövlət başçısı konstitusiya dəyişikliyi barədə qanunu təsdiqləmişdi.

Xatırladaq ki, Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev martın 19-da xalqa müraciəti zamanı istefa verib. Qasım Comərt Tokayev isə martın 20-də paytaxtın adını Nazarbayevin şərəfinə dəyişdirməyi təklif edib və təklif parlamentdə iki oxunuşda qəbul olunub.

635x100

Şərhlər

NURəddin 2019-03-23 12:37:20

O GÜN DEMİŞDİM Kİ,TOKAYEVİ TOK VURSUN. ÖZ DƏ 10 MİN VOLTLUQ. ARADAN DÜZ ÜÇ GÜN KEÇİB HƏLƏ DƏ VURMAYIB. İLDIRIM VURMUŞA QARĞIŞ DA KAR ELƏMİR.

O.B.N 2019-03-23 12:37:20

Necə ola bilər ki, Tokayev Stalinqrad,Türkmənbaşı,Brejniyev,Leninqrad şəhər adlarının sonu necə olduğunu dərk etmir. Yaxşıki,Kazaxstanın adını dəyişib Nursultanabad qoymadı.

Son yazılar