“Bu, küçə adamlarının işidir, belə səviyyəsizliyi gözləmirdim...” - Alimdən rektora ağır ittihamlar

Xəzər Universitetindəki qalmaqal davam edir. Fəlsəfə doktoru Mail Yaqub ona verilən məvacibə etiraz əlaməti olaraq bir müddət öncə universitetdən istefa verməsindən sonra ona qarşı ağır ittihamlar səsləndirildi. Universitetin açıqlamasında bildirildi ki, Mail Yaqub müəllim olaraq çalışdığı müəssisədə gənc qadın müəllimlərə və tələbələrə qarşı müəllimə yaraşmayan hərəkətləri ilə tanınan birisi olub. Yəni açıq desək, doktor əxlaqsızlıqda ittiham edilib.

Qeyd edilən ittihamlarla bağlı Mail Yaqub "Yeni Sabah”a açıqlama verib. O bildirib ki, səsləndirilən fikirlər əsassız və yüngüldür:

"Xəzər Universitetinin ittihamlarında 4-5 nüans var. Birincisi, "Mail Yaqub gənc xanımlara sataşıb, əxlaqsız hərəkətlər edib” - bunun cavabı bəllidir. Əgər belə idisə, 11 ildir mən universitetdə çalışıram, niyə məni çıxarmamısınız? Deməli, siz bunu bilə-bilə məni universitetdə saxlamısınız və təhsil ocağına xəyanat etmisiniz.

İkincisi, "Universitetdə Mail Yaqubdan 10 dəfə çox maaş alan müəllimlər var” – bu da ağ yalandır. Çünki bir qrupa ən çox maaşı hələ guya mənə yazırdılar-(160 manat). Universitetdə ingilis dilində dərs deyən gənc müəllimlər məndən də az əmək haqqı alırlar. Onlara bir qrup üçün 110-120 manat pul yazırlar.

Üçüncüsü, "Mail Yaqub məhz bu hərəkətlərinə görə kafedra müdürlüyündən uzaqlaşdırılıb”- bu da iftiradır. 2013-2015-ci illərdə mən orada kaferda müdürü olmuşam. Kaferda müdürlüyündən öz istəyimlə istefa verib çıxmışam. Hətta təkid edirdilər ki, qal. Çıxma səbəbim maaşla bağlı idi. Mənə 500 manat maaş yazırdılar. Bu məbləğ mənim bir aylıq xərcim deyil, 1500-2000 yazın ki, səhərdən axşama qədər burda oturum. Başqa bir səbəb də var. Hamlet İsaxanlı ora iranlı bir rektor gətirmişdi. Həmin rektor məni iclasda təhqir etdi. Onun təhqirlərinə cavab olaraq kafedra müdürlüyündən çıxdım ki, iclaslarda iştirak etməyim. Hətta İsaxan İsaxanlı qalmağımla bağlı təkid etdi”.

M.Yaqub digər nüanslardan da söz açıb: "Dördüncüsü, universitetin ittihamlarında yazılır ki, bircə fəlsəfəyə giriş dərsi Azərbaycan dilində tədris olunur, qalanları ingilis – bu da yalandır. Universitetdə dərslərin 50-60 faizi Azərbaycan dilində tədris olunur. Mən universitetdə 11 il müddətində 5 fənn tədris etmişəm – Fəlsəfəyə giriş, Əxlaq fəlsəfəsi, Din fəlsəfəsi, Sosiologiya və Müasir Avropa fəlsəfəsi. Bu 5 fənni 11 il ərzində 4 mindən çox tələbəyə tədris etdim. Orda məndən başqa Azərbaycan dilində tədrislə məşğul olanlar kifayət qədərdir.

İngilis dilində tədrislə məşğul olanlara məndən də az məvacib verirlər. Ona görə həmin müəllimlərin bir çoxu universitetdən çıxıb. Bu adamlar universitetdən yığdığı milyonlarla pulla başqa axmaq istirahət mərkəzləri yaratmağın fikrini çəkmək əvəzinə, mənə şər-böhtan yağdırırlar. Bu, küçə adamlarının işidir. Mən bu səviyyəsizliyi onlardan gözləmirdim. "Xəzər”də rektor heç kimdir, əsas iki nəfər qərar qəbul edir – İsa İsaxanlı və Hamlet İsaxanlı. Mən istefadan qabaq rektorla danışdım, vəziyyəti izah etdim. Mənim heç fikrimi də öyrənmədilər, xəbərsiz başqa müəllim çağırdılar. Bu biabırçılıqdır. Digər bir nüans "Mail Yaqub cahilliyə çağırır” – bu lap dəhşətdir. Əgər mən cahilliyə çağırırdımsa, niyə 11 ildir mənə icazə verirdiniz? Ayıbdır, ən azı professor adından utansınlar!”.

635x100

Şərhlər

Müəllim 2019-03-23 14:39:10

Azərbaycanın kifayət qədər resursları mövcuddurki,ölkdə pullu təhsil ləğv edilsin.Ancaq bunu etmək üçün qətiyyətli hakimiyyət gərəkdir. Bir də ki, ölkənin ehtiyacından dəfələlə artıq (özü də keyfiyyətsiz) Ali təhsil (əslində diplom satılması) müəssisəsi təşkil etmək, cəncləri 4 il məşğul edib sonda işsiz qoymaq hansl ağılın məhsulu olduğuna diqqət edən varmı? Ali təhsil proqramı,təhsil planı yenidən işlənməli,Ali təhsil müəssisəsini qurtaran gənc işə təyinatla təmin olunmaldır.

t.ədalət 2019-03-23 14:39:10

Əxlaqsızlığa görə narahatlıq lazım idisə,onda bəs Hamletin ....bağlı gedən söz-söhbət zamanı niyə qabardılmadı? Eyiblərini örtmək üçün kimlərisə şərləmək qoca kadrların vərdişidir.Bu gənc,əgər Hamletin dəstəsinin dediyi kimi "əxlaqsız" olsaydı, səssiz qalardı.Şər-şəbədə ilə yaşayanlar,adətən yaxşı adamlar olmur.Hətta gənc alim səhv etmiş olsa belə əxlaqlı adamlar susmağa üstünlük verərdilər..

Son yazılar