“O, gənc xanım müəllimlərə qarşı...” - Xəzər Universitetindən şok ittiham

Xəbər verdiyimiz kimi Xəzər Universitetində fəlsəfə dərsi deyən fəlsəfə doktoru Mail Yaqub universitetin ona verdiyi məvacibə etiraz əlaməti olaraq bir müddət öncə istefa verib.

Bununla bağlı universitetdən cavab gecikməyib. Lakin səsləndirilən ittihamlar kifayət qədər ağırdır. Belə ki, universitetdən qeyd edilib ki, Mail Yaqubovun uzaqlaşdırılmasının əsas səbəbi heç də maaşla bağlı deyil:

“O, müəllim olaraq çalışdığı müəssədə gənc qadın müəllimlərə və tələbələrə qarşı müəllimə yaraşmayan hərəkətləri ilə tanınan birisi olub. Bu hərəkətlərinə görə bir neçə dəfə xanım müəllimlər tərəfindən rektorluğa müraciətlər olub. Hətta buna görə Mail Yaqubov Departament müdürlüyündən uzaqlaşdırılmış və dərsləri minumuma endirilmişdir. O, dərs dediyi siniflərdə fəlsəfə fənninin yerinə uyğun olmayanları tədris etmiş və tələbələri dünyəviliyə deyil, cahilliyə çağırmışdır. Hətta bu yazılarına görə sosial şəbəkələrdə bir sıra tanınmış adamların qınaq obyektinə çevrilmiş və qəti şəkildə pislənilmişdir”.

Universitetdən qeyd edilib ki, M.Yaqub uzun illər Xəzər Universitetində çalışsa da, hər hansı tanınmış jurnalda bu günə kimi bir məqaləsi də çap edilməyib:

“Halbuki universitet müəlliminin əsas vəzifələrindən biri də elmi məqalələrlə tanınmasıdır.

Dərs saatlarına gəlincə, Xəzər ingilis dilli bir universitetdir. Universitetdə Azərbaycan dilində yalnız fəlsəfəyə giriş fənni tədris olunur. Maaşa gəlincə, hər kəs verdiyi töhfəyə görə qazanır. Xəzər universitetində Mail Yaqubovdan 10 dəfə artıq maaş alan adamlar da var. Onun bu hərəkəti və ittihamları heç bir məntiqə sığmır. Hətta son dəfə bu yarıtmaz hərəkətlərinə görə, universitet rəhbərliyi tərəfindən onun qarşısına ərizəsini yazmaq tələbi qoyulmuşdur".(Moderator.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar