Ermənistan hərbçilərin maaşını artırmaqdan imtina etdi

Dərc olunub: 23/03/2019 - 14:59

54acd4d9d09804f3b7967ad21fcf20992019-cu ilin dövlət büdcəsində erməni hərbçilərin maaşlarının qaldırılması nəzərdə tutulmayıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının iclasında çıxışı zamanı Ermənistan müdafiə nazirinin müavini Qabriyel Balayan deyib. O bildirib ki, hazırkı dövrdə hərbçilərin maaşının 5000, hətta 1000 dram artırılması belə dövlət büdcəsi üçün ağırdır.

Amma o, ümidini də itirmir: “Bir il ərzində müstəqil maliyyə vəsaitlərinin yaranacağı halda hökumət yenidən büdcə dəyişiklikləri təşəbbüsü ilə çıxış edəcək və hərbçilərin maaşlarını artıracaq”.








loading...


Fikrinizi bildirin