Rusiyada kişilərin 70 faizinin ölüm səbəbi odur – Nazir dəhşətli rəqəmlər açıqladı

Dərc olunub: 23/03/2019 - 15:22

min1Rusiyanın səhiyyə naziri Veronika Skvortsova ölkənin kişi əhalisinin ölüm səviyyəsinin Avropa ölkələrilə müqayisədə çox yüksək olduğunu bildirib.

“Azpolitika.info” xəbər verir ki, nazirin mətbuat nümayəndələri üçün açıqladığı statistikadan aydın olur ki, Rusiyada kişilərin ölüm sayı Avropa ilə müqayisədə az qala 4 dəfə çoxdur.

Səhiyyə naziri bildirib ki, ötən ilin statistikasına görə, Rusiya əhalisinin hər 100 min nəfərinə 735 kişi ölümü qeydə alınıb. Avropa üzrə bu göstərici 200-230 nəfərdir. Nazir əsas hədəflərinin yaxın illərdə bu rəqəmi 530 nəfərə endirmək olduğunu deyib.

V.Skvortsova rus kişilərin ömrünü uzatmağın yeganə yolunu heç olmasa gənc yaşlarında olan kişilərin alkoqola münasibətini dəyişməkdə görür. Onun fikrincə, xüsusilə 14-35 yaş arasında olanların həyat tərzinin dəyişməsinə böyük ehtiyac var. Belə ki, Səhiyyə Nazirliyinin hesabatlarına görə, kişilərin ölümünün 70 faizi (!) məhz spirtli içki qəbulunun törətdiyi birbaşa və dolayı fəsadlardır.

Nazirin açıqladığı daha bir statistikaya görə isə kişilər üçün ən təhlükəli yaş dövrü 50-60 yaş arasıdır: “Bizdə belədir ki, 55 yaşı keçən kişilər orta hesabla 79 yaşa qədər yaşaya bilirlər. Bizim əsas itkilərimiz 55 yaşa qədərdir.”

Onu da qeyd edək ki, rəsmi statistikaya görə, Rusiyada orta ömür həddi 73 yaşdır və bu yaşa çatanlar arasında qadınlar kişiləri xeyli üstələyir.








loading...


Fikrinizi bildirin