“KRIM QAYIDACAQ, AMMA...” – “Rusiyada hakimiyyət dəyişəndən sonra”

Prezidentliyə əsas namizəd Krımın gələcək taleyindən danışıb

“AzPolitika.info” xəbər verir ki, Ukrayna televiziyalarına müsahibə verən ölkə prezidentliyinə namizəd Vladimir Zelenski Rusiya tərəfindən işğal olunmuş Krım yarımadasının gələcək taleyi haqda danışıb. Ukraynada daha çox şoumen kimi tanınan Zelenski prezident seçiləcəyi təqdirdə dərhal Krımı qaytara bilməyəcəyini etiraf edib və qeyd edib ki, sadəcə olaraq, bunu etməyin yolunu bilmir.

Bununla yanaşı, bütün sorğularda prezidentlik yarışının lideri kimi görünən V.Zelenski Krımın qaytarılacağına inandığını deyib, lakin bunun yalnız Rusiyada hakimiyyət dəyişikliyi baş verəndən sonra mümkün olacağını bildirib: “Krım qayıdacaq, amma biz hamımız bilirik ki, bu yalnız Rusiyada hakimiyyət dəyişikliyindən sonra baş verəcək”.

Krımdakı hakim dairələrin şoumenə cavabı isə özünü çox gözlətməyib. Krım parlamentinin komitə sədri Yuri Qempel bildirib ki, Zelenskinin açıqlamaları zarafatdan başqa bir şey deyil: “Zelenskini ciddi siyasi fiqur kimi qəbul etmək olmaz, o sadəcə artist və komikdir. Ukraynada da hamı başa düşür ki, Krımı heç vaxt qaytarmaq mümkün olmayacaq. Vaxtilə 2-ci Yekaterina Krımı sonradan kiməsə vermək üçün Rusiyaya birləşdirməyib. Vladimir Putin isə əlindən gələni etdi ki, Krımın öz tarixi vətənilə ayrılığına son qoyulsun...”

Qeyd edək ki, Ukraynada martın 31-də keçiriləcək prezident seçkisinin əsas favoriti V.Zelenski sayılır. Sorğular göstərir ki, əhalinin 25 faizi ona səs verməyə hazırlaşır. Sonrakı yerlərdə isə sabiq baş nazir Yuliya Timoşenko və hazırkı prezident Pyotr Poroşenko qərarlaşıb.

Vaqif NƏSİBOV

635x100

Şərhlər

Araz qardaşıma 2019-03-23 18:47:01

Araz qardaşım əgər Rusiya Krımı geri qaytarmasaydı indi orada müsəlman düşməni olan ABŞ-ın rəhbərlik etdiyi NATO qoşunları yerləşdirilmişdi.Bunun özü Ukraynanın itrilməsi demək idi.İkincisi kim nə cür qəbul edir öz işidir.Mən istərdim ki,Azərbaycan da qonşularına verilmiş torpaqlarını geri qaytarsın.Kim istəyir adını işğal,kim də istəyir ilhaq qoysun.Öz işləridir.

Araz 2019-03-23 18:47:01

Türk nikini məcburi olaraq inandırıcı olması üçün seçmisən.Fani insan nəyin əbədi olacağına qərar verə biməz.SSRİ də, əbədi olacağını sosializmin bütün dünyada bərqarar olacağını və çürüməkdə olan kapitalizmdən tonlarla kitablar yazmışdı.Rusiyaya gəldikdə isə Krım onsuzda müqavilələrlə demək olar ki onlara məxsus idi və bu avanturadan sonra Rusiya Ukraynanı itirdi."Yerdə və göylərdə və onların arasında hər şey Cənab Allahın şəriksiz mülküdür".

Türk 2019-03-23 18:47:01

Heç kim məndən inciməsin.Krım nə Türkiyəyə nə də ki,Ukraynaya qayıtmayacaq.Krım artıq əbədi olaraq Rusiyanın tərkibində qalacaq.

t.ədalət 2019-03-23 18:47:01

Yuri Qempel kimi axmaqlar hələ də Krımın işğalını gizlədirlər.Krımın kimə məxsusluğunu,yəni Türkiyənin olduğunu ruslar çox yaxşı bilirlər.

OQTAY 2019-03-23 18:47:01

Bu telxeyin sozunde heqiqet var,amma Rusiyanin rehberliyi deysende,Krim esl sahibine Turkiyeye birlesecek!!!

Son yazılar