Fransa və Almaniya Qolanı İsrail ərazisi kimi tanımadı – Trampın planı tənqid olundu

Dərc olunub: 23/03/2019 - 20:00

tramp«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransa Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampın Qolan təpələri üzərində İsrailin tam suverenliyinin tanınması barədə planını tənqid edib. Fransa XİN-də qeyd ediblər ki, belə təşəbbüs beynəlxalq hüquq normaları ilə zidiyyət təşkil edir.

«Röyter»in verdiyi xəbərə görə, Almaniya da uyğun mövqedən çıxış edib. Almaniya Federativ Respublikası (AFR) hökumətinin rəsmi nümayəndəsi Ulrike Demmer qeyd edib ki, Berlin əvvəlki kimi, Qolanı İsrail tərəfindən Suriyanın işğal olunmuş ərazisi hesab edir.

Xanım nümayəndə əlavə edib ki, dövlət sərhədlərini yalnız «bütün maraqlı tərəflərin iştirakı ilə aparılan sülh danışıqları» yolu ilə dəyişdirmək olar.

Trampın bu niyyətini Avropa İttifaqı da tənqid edib.








loading...


Fikrinizi bildirin