Sumqayıtda 11 yaşlı uşağı maşın vuraraq öldürüb

Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 26-cı məhəllə, Səməd Vurğun küçəsi, "Simurq" şadlıq evinin qarşısında olub.

Həmin ərazidə yolu keçmək istəyən 2008-ci il təvəllüdlü Abdulzadə Həbib Rahid oğlunu maşın vurub. Yaralı xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar