Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır

Rusiyanın "ИрАэро" aviaşirkəti Azərbaycandan uçuşların coğrafiyasını genişləndirir.Aviaşirkətdən Trend-ə verilən məlumata görə, artıq Bakıdan Orenburq, Yekaterinburq və Çelyabinsk şəhərlərinə müntəzəm reyslər olacaq.

Uçuşlar Rusiya istehsalı olan "Superjet 100" təyyarələri ilə həyata keçiriləcək.

Bakı-Orenburq və Orenburq-Bakı aviareysi aprelin 20-dən başlayacaq. Uçuş iki saat davam edəcək və şənbə günləri həyata keçiriləcək. Biletin qiyməti bir istiqamət üçün 123 avrodan (9 min rubl) başlayacaq.

İyunun 18-dən etibarən hər həftənin çərşənbə axşamı Bakı-Yekaterinburq və Yekaterinburq-Bakı reysləri baş tutacaq. 3 saat davam edəcək uçuş üçün biletin qiyməti bir istiqamətə 143 avrodan (10,5 min rubl) başlayır.

Bakı-Çelyabinsk və Çelyabinsk-Bakı reysləri aprelin 9-dan çərşənbə axşamları, iyunun 20-dən isə cümə axşamı günləri baş tutacaq. Uçuş üç saat davam edəcək, bir istiqamətə biletin qiyməti 136 avrodan (10 min rubl) başlayır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar