Malidə 110 çoban qətlə yetirilib

Malinin mərkəzində yerləşən Bankas şəhəri yaxınlığında yerləşən yaşayış məntəqəsində fulani xalqına məxsus 110 çoban silahlı şəxslər tərəfindən qətlə yetirilib.

“Report” xəbər verir ki, bu barədə Bankas kommunasının merinə istinadla "Reuters" məlumat yayıb.

Merin sözlərinə görə, donzo ovçularının geyimində olan naməlum şəxslər cümə günündən şənbəyə keçən gecə Bankas yaxınlığındakı Oqassaqu və Velinqara yaşayış məntəqələrinə hücum ediblər.

"Oqossaqu kəndi tamamilə dağıdılıb", - deyə mer bildirib. Ölənlərin cəsədləri hələ də tapılmaqdadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar