Terrorçular Afrikada nazirliyə hücum etdi - Nazir müavini öldürüldü

Somalidə Əmək və Sosial Məsələlər nazirinin müavini Sakar İbrahim Abdulla Əş-Şəbab terror təşkilatının nazirliyin binasına hücumu nəticəsində öldürülüb.

Axar.az xəbər verir ki, terror təşkilatı Əmək və Sosial Məsələlər Nazirliyi ilə bərabər, İctimai İşlər və Rekonstruksiya Nazirliyinə və Banadir regionunun polis mərkəzinə də hücum edib.

Ölənlərin dəqiq sayını müəyyənləşdirmək mümkün olmayıb.

Bu ərazilərdə döyüşlərin davam etdirildiyi bildirilib.

Qeyd edək ki, Əş-Şabab Somalidəki ən böyük terror təşkilatıdır. Bu terror təşkilatı Əl-Qaidənin əsas qollarından biri sayılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar