Generallar təcili sərhəddə toplaşdı - Hücum əmri veriləcək?

Türkiyənin Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Gülər və Quru Qoşunlarının komandanı Ümid Dündar Suriya ilə sərhəddə hərbi hissələrin komandirləriylə görüşüb.Publika.az xəbər verir ki, müdafiə naziri Suriyada anti-terror əməliyyatının anonsunu verib. Akar qeyd edib ki, Ankara Türkiyənin cənubunda terrorçuların olmasına imkan verməyəcək.

“Suriyada Fəratın şərqində terrorçuların mövcudluğuna son qoymaq lazımdır. Terrorçular Türkiyəni, onun xalqını və sərhədlərini təhdid edirlər. Biz Türkiyə ilə 911 kilomert sərhədə malik ölkədə terror dəhlizini formalaşdırmağa imkan verməyəcəyik. Biz bunun üçün bütün lazım olanları etdik və gələcəkdə də etməyə davam edəcəyik”, - nazir deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar