AVRO-2020-nin seçmə mərhələsində I tura yekun vurulub – NƏTİCƏLƏR

Dərc olunub: 24/03/2019 - 10:15

avro2020Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsində l tura yekun vurulub.

“Report” xəbər verir ki, sonuncu oyun günündə 3 qrupda 8 qarşılaşma təşkil olunub. Bunların yarısı meydan sahiblərinin 2:1 hesablı inamlı qələbələri ilə yekunlaşıb.

F qrupunda mübarizə aparan İspaniya evdə Norveçə qalib gəlib. Bu matçda qollardan 2-si penalti ilə vurulub. UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer almış Malta və Farer adaları yığmaları AVRO-2020-nin seçmə mərhələ oyununda da üz-üzə gəliblər. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. F qrupunun digər matçında İsveç Rumıniyanı eyni hesabla yenib. Hazırda Robert Prosineçkinin rəhbərlik etdiyi Bosniya və Herseqovina yığması isə evdə Ermənistanı məğlub edib.

Daha 3 qarşılaşma 2:0 hesablı nəticə ilə əlamətdar olub. Günün ilk matçında Gürcüstan öz meydanında İsveçrəyə, son oyunlardan birində Lixtenşteyn evdə Yunanıstana, Finlandiya isə səfərdə İtaliyaya 2 cavabsız qolla uduzub.

Nəhayət, İrlandiya səfərdə Cəbəllütariqlə görüşdə minimal hesablı qələbə qazanıb.

AVRO-2020, seçmə mərhələ

I tur

D qrupu

18:00. Gürcüstan – İsveçrə – 0:2

Qollar: Stiven Tsuber, 56. Denis Zakaria, 80

21:00. Cəbəllütariq – İrlandiya – 0:1

Qol: Ceff Hendrik, 49

F qrupu

21:00. Malta – Farer adaları – 2:1

Qollar: Kirian Nvoko, 13. Stiv Borq, 77 (pen.) – Yakub Tomsen, 90+8

Dəqiq yerinə yetirilməyən penalti: Brandur Hendriksen, 64 (Farer adaları)

21:00. İsveç – Rumıniya – 2:1

Qollar: Robin Kyayson, 33. Viktor Klasson, 40 – Klaudiu Keşerü, 58

23:45. İspaniya – Norveç – 2:1

Qollar: Rodriqo, 16. Serxio Ramos, 71 (pen.) – Coşua Kinq, 65 (pen.)

J qrupu

23:45. Bosniya və Herseqovina – Ermənistan – 2:1

Qollar: Rade Kruniç, 33. Deni Miloşeviç, 80 – Henrix Mxitaryan, 90+3 (pen.)

23:45. İtaliya – Finlandiya – 2:0

Qol: Nikolo Barella, 7. Moyze Ken, 74

23:45. Lixtenşteyn – Yunanıstan – 0:2

Qollar: Kostas Fortunis, 45+1. Anastasios Donis, 80

Qeyd edək ki, AVRO-2020-nin final mərhələsi qitənin 12 şəhərində, o cümlədən, Bakıda təşkil olunacaq. 24 komandadan 4-cü UEFA Millətlər Liqasından, 20-si isə hər qrupda ilk 2-si olmaqla, seçmə mərhələdən vəsiqə qazanacaq.








loading...


Fikrinizi bildirin