DAHA BİR KORRUPSİYA LAYİHƏSİ SIRADAN ÇIXIR - Milyonları "əridən" əbədi mühərrik

Azərbaycanın beynəlxalq əhəmiyyətli əsas tranzit avtomagistrallarından biri olan Bakı-Qazax yolu “əsaslı şəkildə yenidən qurulduqdan” cəmi bir neçə il sonra sıradan çıxmağa başlayıb. Həmin yoldan tez-tez istifadə edən sürücülər virtualaz.org-a deyirlər ki, Bakının Qaradağ rayonundan başlayaraq Bakı-Qazax magistralının demək olar Gəncəyə qədər hissəsinin sağ zolağında asfalt örtüyü sıradan çıxmaq üzrədir.

Həmin zolaqda sürücülərin jarqonu ilə desək “qarmoşkalar” meydana gəlib, bəzi hissələrdə, magistralın xüsusən Hacıqabul rayonuna qədər olan hissəsində asfalt örtüyünün sıradan çıxması daha çox müşahidə olunur. Hətta yolun asfalt örtüyündəki qabarmalar və çöküntülər ciddi qəza riski yaradır.

Əlbətdə, yol təsərrüfatına cavabdeh məmurlar üçün belə situasiyalarda həmişə hazır cavab var. Onlar deyəcəklər ki, magistralın asfalt örtüyü ağırtonnajlı yük avtomobillərinin intensiv hərəkəti üzündən sıradan çıxır. Yəni günah heç bir halda yol çəkənlərdə deyil.

Lakin tikintisinə uzun illər əvvəl-2000-ci illərin əvvəllərindən başlayan həmin magistralın ancaq minik avtomobillərinin hərəkəti üçün nəzərdə tutulduğu harada yazılıb? Beynəlxalq əhəmiyyətli, Azərbaycanın üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərindən birini təşkil edən bu yol ağırtonnajlı avtomobillərə davam gətirməyəcəkdisə o zaman 3-cü, 4-cü dərəcəli adi kənd yolu statusu daşımalı idi.

Sürücülər deyirlər ki, belə davam etsə yolun sağ zolağı (hərəkət intensivliyi məhz sağ zolaqda baş verir) uzağı 1 ilə bir çox yerlərdə sıradan çıxacaq. Və yol növbəti təmirə bağlanacaq.

Bakı-Qazax magistralının yenidən qurulmasına, təmirinə ayrılan vəsaitlər 2000-ci illərin əvvəllərindən etibarən yəqin ki, milyard manatı haqlayıb. Ən azından cəmi bir neçə il əvvəl, Ziya Məmmədovun dövründə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoluna daha 2 hərəkət zolağı əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsinə yüz milyonlarla manat xərclənmişdi.

Bu il magistralın Şəmkir-Qazax hissəsinin də 2 hərəkət zolağı əlavə edilməklə genişləndirilməsi işləri başlamalıdır. Lakin göründüyü kimi yolun bu hissəsinin yenidən qurulması başlamadan əvvəli-Gəncəyə qədər olan hissəsi sıradan çıxmaq üzrədir. Başqa sözlə, Bakı-Qazax magistralı sanki bitib-tükənməyən yeyinti, korrupsiya mənbəyidir, korrupsiya pulları hasil edən əbədi mühərrikdir...

Xatırladaq ki, Ziya Məmmədov erasında çəkilən, hər kilometrinə az qala onlarla milyon manat xərclənən yolların nəzərdə tutulan istismar müddətindən əvvəl, 3-4 ilə sıradan çıxması halları ilk dəfə baş vermir. Məsələn, "beton yollar" kimi tanınan Zığ-Heydər Əliyev Hava Limanı, Bakı-Quba-Rusiya sərhədi magistralları buna sübutdur.

"AzPolitika.info" onu da əlavə edir ki, Ziya Məmmədovun qoyduğu ənənələri əvvəlcə Cavid Qurbanov, indi isə Saleh Məmmədov "uğurla" davam etdirir. Bu yaxınlarda Saleh Məmmədovun xaricdə 10 milyonlarla dollarlıq biznesinin aşkarlanması da  "yol korrupsiyası" ilə dövlət büdcəsinin necə talan olunduğunu aydın göstərir. Hüquq-mühafizə orqanları isə hələlik bu talanı seyr etməklə məşğuldurlar...  

635x100

Şərhlər

Əhmədə 2019-03-24 10:34:17

Qardaş SSRİ dövründə adi asfaltın üstündən ən ağır yüklə Kolxeda,MAZ hətta iki qoşqulu ağır yüklə KRAZ da gedirdi.Hec bir yol çökməsi ya da başqa problem yaranmırdı.Müasir yol təmirinə 30 ton nə yükdürki?Bakı-Quba maqistralında yol xüsusi betonla təmir edilmişdi.Milyonlarla pul yeyeildi.İnanın ki,3 ildən sonra yollar daqılıb bərbad oldu.Yol tikinti-təmiri idarələri günahi avtomaşınların üstünə atmasın.Allahdan qorxmaq lazımdır.

İSMAYIL 2019-03-24 10:34:17

DƏRƏ XƏLVƏT,TÜLKÜ BƏY OLANDA BELƏ OLAR.BbƏY TÜLKÜ YUXARILARA QOHUM OLDUĞUNDAN ONA NƏZARƏT EDƏN,ƏMƏLİNİ YOXLAYAN YAXIN DÜŞMÜRR.ŞİKAYƏTLƏR MƏNASIZDIR.DÖZMƏLİSƏN,NƏ QƏDƏR Kİ,DƏRƏNİ XƏLVƏT EDİBLƏR.

Əhməd 2019-03-24 10:34:17

Bu yolların anasını ağladan ağır tonajlı maşınlardı, hamısı kubik daşıyan maşınlardı, polis pulunu alır və göz yumur, 15 tonluq maşınlara 30 tonluq yük daşıyırlar.Bu biabırçılığa heç bir yol dözə bilməz. Yolların başlanğıcında xüsusi tərəzilər qurmaq lazımdır. limiti aşanlara elə ağır cərimə kəsilməlidir ki, birdə belə qələtləri eləməsinlər. Onda nəsə olacaq.

Əhməd 2019-03-24 10:34:17

Bu yolların anasını ağladan ağır tonajlı maşınlardı, hamısı kubik daşıyan maşınlardı, polis pulunu alır və göz yumur, 15 tonluq maşınlara 30 tonluq yük daşıyırlar.Bu biabırçılığa heç bir yol dözə bilməz. Yolların başlanğıcında xüsusi tərəzilər qurmaq lazımdır. limiti aşanlara elə ağır cərimə kəsilməlidir ki, birdə belə qələtləri eləməsinlər. Onda nəsə olacaq.

yaqub 2019-03-24 10:34:17

Xalqa atılmış yazlərlə milyard geri qayıdan deyil. Heç kim qaytarmayacaq. QƏBİRSANLIĞA GEDƏN ÖLÜ GERİ QAYIDIR? Əlbətdə yox. Düzdür redki olur ölü xortluyub qayıdır. Ancaq bu pulları heç kim qaytarıb xalqa verən deyil. Öz aralarında bölüşdürüblər və bir yol tapıb yaddan çıxarıb itirəcəklər. Bunun üçün yəni bu pulları almaq üçün bir yol var....................

Baloğlan 2019-03-24 10:34:17

Azərbaycanın milyonlarını “əritmə” mexanizmləri həm də xaricdə mövcuddur. Buna nümunə olaraq xaricdəki mədəniyyət evlərini, azərbsycanşünaslıq institutları və kafedralarını göstərə bilərik. Bu mövzuya maraq göstərsəniz, çox utanverici faktlarla və ci ayətlərlə rastlaşmış olacaqsınız.

mirselim ismayilov 2019-03-24 10:34:17

Urek aqrisi ile qeyd etmek isteyirem 3,4 il once sevindik ki ne hayyet Zerdablilarida secici siyahisindan cixarib insan siyanisina daxil etdiler.Yeni Kurdemir rayunundan kecmekle Colereb kendinden Zerdab rayunun on dord kendini ve rayon merkezini birlesdiren yolu temir etdiler Ancaq sevincimiz Saler Memmedovn burnunun ucundan uzaqa getmedi.Yollar berbad veziyyete dusdu.Yola ayrilmis pullar teyinati uzre xeclenmedi Pulun yengesi cox olan zatdiYenge cox olanda yol ters geler.Allah bize sebir versin AMIN

Coker 2019-03-24 10:34:17

Biabırçılıq.bıabırçıllq.Bu pullarla neçə gəncin təhsil xərcini ödəmək olardi.aztəminatlı adamlara ev vermək olardi

sual 2019-03-24 10:34:17

Ölkəmizdəki Mersedes benz şirkəti bəyəm kimindi ki? Hansı ki bu şirkətdə ən ucuz maşın 200 min dollardır. Təbii ki Saleh Məmmədovundur. Bundan başqa neçəsini deyək. Bir soruşan varmı ki Avtomobil Yollarında müavin və rəislər kimlərdir və onların ən az ayliq gəlirləri 50 mindən başlayır. ...

EJDER-Ə 2019-03-24 10:34:17

Adətən uşaqlar and içəndə atam canı , anam canı deyib and içirlər. Sən bu Lukaşenkodan nə tutub durmusan? Bəlkə qohumluğun var? Burax bu Lukaşenkonun "LU"-sunu təzə söz danış.

Ayzek 2019-03-24 10:34:17

bu quldurlar SSRİ-ni elə ona görə dağıtdılar ki rahat "yeyib" xərcləyə bilsinlər.Bəzi avamlar da hesab edir ki guya müstəqillik qazanmışıq.Ay zırt!

махмудов елман 2019-03-24 10:34:17

Rahmatlik Yasar demiskan ha na olsun

fikrətə 2019-03-24 10:34:17

Oğul yox oğru quldurdurlar. Özgəsinin bir parça çörəyinə kimi talayan haram yeyənlərdir. Uşaqları da haramla qidalanır. Vətən torpaq qorumaq gələndə qorxudan deşik axtarırlar. Kasıb mərd olur onlara da imkan vermirlər düşməni torpağımızdan qovsunlar. Ancaq yəqin ki bunun da sonu olacaq.

Reshad haciyev 2019-03-24 10:34:17

Xaricdeki kimi etmek lazimdir.Tender elan edirsen qalib gelen edir .qoydugu muddetden tez xarab oldu oz hesabina duzeldir.Kecmis neqliyyat nazirliyi esl nagilbazdir.her defe nagil danishir camaat da inanir.Zig yolluna 30 Il demishdi.Hec 3il cekmedi.

Obyektiv 2019-03-24 10:34:17

EvveLLer RSU, SU (tikinti idareLeri) vardi, beziLeri orada yaxshi "yeyinti yolu"nu tapmishdiLar.. Sovet gedenden sonra hemin "variantLari" zencirvari shekiLde onun bu "muasir formasi" iLe davam eLeyib, yeyibLer.. Bakinin merkezinde eLe yoLLar ve parkLar var ki, az vaxtda 4-5 defe temire dayanib hansiki, buna hech ehtiyac da yox idi.. ILLerdi imkansiz insanLar adi heyat terzini chatdira biLmir, xeste dushurLer, iLLerdi bunLarin naxaLLiqLarini dayandiran da oLmayib! ( ParkLardan mashin yoLLari da doLayidi..

yusif-1313 2019-03-24 10:34:17

Dövlət idarə olunmur.Hakimiyətdə olanlarin özləri dövləti talamaqla məşguldurlar.

fikrət 2019-03-24 10:34:17

Oquldular eee milyardlar firladirlar

t.ədalət 2019-03-24 10:34:17

Ələt-Astara yolunun özündə də xeyli uyğunsuzluq var.Yolun qurluşu sürücüləri narahat saxlayır.Qarşıdakı avtoimnobildə nasazlıq yaranan kimi (sürət həddi çox olduğuna görə) bilmirsən ki,onu necə ötüb keçəsən.Çünki avtomobilləri saxlamaq üçün yol kənarında,heç olmasa çınqıllı bir hissə yaradılmayıb ki,avtomobili oraya çıxarıb dayanasan.Çəkiliş işçilərinin savadsızlığı nəzərə çarpır.Şübhəsiz,bu qəzaların artmasına səbəb olacaq.

Bashirov Qarib 2019-03-24 10:34:17

Hal-hazırda rayonlarda 5-6 il əvvəl başlamış konalizasiya çəkilişi avantyurası tam gucu ilə davam edir.hər birinə 65milyon manat ayrılmış ondan çox rayonda bu pul silmə talanı tam gucu ilə davam edir.Tikirlər- sökurlər,bir də təmir edib təzədən tamamilə sökub dagıdırlar.Amma,heç bir nəticəsi yoxdur. Elə dagıdılmış vəziyyətdə də qalıb.

mail 2019-03-24 10:34:17

TALANÇILAR HƏR BİRİ 15-20 İL VƏZİFƏDƏ NƏZARƏTSİZ QALANDA BELƏ OLACAQ DƏ. HƏRƏSİNİN ÖLKƏNİ MİLLƏTİ TALAMAQ ÜÇÜN ÖZ ÜSULLARI AMALLARI VAR. MİLLƏTİ PİS GÜNƏ QOYUBLAR. ALLAH BUNLARIN BƏLSASINI VERSİN. VERƏCƏKDİR DƏ, O BÖYÜK YARADAN BUNLARI GÖRÜR.

EJDER 2019-03-24 10:34:17

BU ANALOQU OLMAYAN HOKUMETDE TEK YEMIRLER...LUKAWENKO CANI

Son yazılar