Qəbələdə yaşayış evində partlayış baş verdi

Qəbələ rayonunda yaşayış evində partlayış baş verib.FHN-dən verilən məlumata görə, partlayış ümumi sahəsi 240 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisində partlayış baş verib.

Partlayış dalğasının təsirindən evin döşəməsi dağılıb və arakəsmə divarlarında çatlar əmələ gəlib.

Yanğın hadisəsi olmayıb. Hadisə zamanı 4 nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar