Nensi Pelosi Trampla bağlı hesabatın tam mətninin açıqlanmasını tələb edib

ABŞ Nümayəndələr palatasının spikeri Nensi Pelosi Rusiyanın ölkədəki siyasi proseslərə qeyri-qanuni müdaxiləsini araşdıran prokuror Robert Müllerin bununla bağlı hazırladığı hesabatın yekunlarına dair qapalı brifinqin keçirilməsinin əleyhinə olduğunu söyləyib.Musavat.com xəbər verir ki, bu barədə Associated Press agentliynin məlumatında göstərilir.

Bilindiyi üzrə, ABŞ-ın baş prokuroru Uilyam Barr martın 23-də təhqiqatın başa çatması barədə Konqresi rəsmi şəkildə məlumatlandırıb.

Nensi Pelosinin sözlərinə görə, Robert Müller tərəfindən toplanan məlumatlar informasiya kimi deyil, tam şəkildə, yəni bütün sənəd olaraq qanunverici palatanın müzakirəsinə təqdim edilməlidir. O, amerika xalqının “həqiqəti öyrənməyə haqqı çatdığını” söyləyib.

Nensi Pelosidən öncə isə ABŞ-ın bir qrup hüquq təşkilatı Ədliyyə nazirliyini hesabatın hər kəs üçün açıq şəkildə dərc olunması tələbi ilə məhkəməyə verib.

“The Hill” saytının məlumatına görə, hüquq təşkilatları yaydıqları bəyanatda nazirliyin sənədi açıqlamamasını informasiya azadlığı haqqında qanunun kobud şəkildə pozulması kimi dəyərləndiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar