ATV-nin aparıcısının mənzili qarət edilib – FOTO

Dərc olunub: 24/03/2019 - 14:47

925c9755ed13476Abşeronda evdən 37 min manatlıq oğurluq olub.

ONA-nın yerli bürosunun məlumatına görə, martın 22-də Abşeron rayonu Mehdiabad qəsəbəsində Vüsal Qurbanova məxsus mənzil qarət edilib.

V. Qurbanovun evindən 30 min manatlıq qızıl və 7 min manat pul oğurlanıb.

Abşeron RPİ-nin Mehdiabad polis bölməsindən verilən məlumata görə, artıq hadisə yerindən əl izləri götürülüb.

Araşdırma aparılır.

Qeyd edək ki, Vüsal Qurbanov ATV-nin idman xəbərlərinin aparıcısıdır.

0102










loading...


Fikrinizi bildirin