Ağcabədidə “VAZ-2106” dəmir maneəyə çırpıldı - VİDEO

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonu ərazisində keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar