“OQTAY MÜƏLLİMİN SAUNA-STRİPTİZ KLUBUNU...” – Spikerin Moskvadakı saunası haqda maraqlı təklif

“Rusların yerinə olsam Oqtay müəllimin sauna-striptiz klubunu uşaq bağçası edərəm”.

“AzPolitika.info”nun məlumatına görə, bunu tanınmış təhsil eksperti Etibar Əliyev Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun Moskva şəhərində “Kapriz” adlı striptiz klub və digər bahalı əmlaklarının aşkarlanmasına həsr etdiyi ironik “Facebook” statusunda yazıb.

Ekspertin statusunu təqdim edirik:

“Moskvada Bakı küçəsi-29 ünvanında yerləşən “Kapriz” adlı sauna-striptiz klubunun (real bazar dəyəri 10 milyon 629 min ABŞ dolları və ya 70 milyon rus rublu təşkil edir) Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun ailəsinə məxsusluğu ortaya çıxdı.

Sağ olsunlar, heç olmasa təəsübkeşlik edib, obyekti Bakının adına olan küçədə quraşdırıblar. Yəni ora kayf tutmağa gedənlər, Bakının adına küçə olduğunu xatırlayırlar.

Bunun ardınca Xəzər Universitetinin sahibi Hamlet İsaxanlının Buzovna ilə Mərdəkan arasında “Khazar Golden Beach” adlı olduqca böyük və dəbdəbəli "Otel"i ortaya çıxıb. Tfu..tfu.. göz dəyməsin, heç Avropada belə otel yoxdur. 4500 manat təhsil haqqı ödəyən tələbələr otelin yan-yörəsində üzərlik yandırmağa aparılmalıdırlar.

Hər halda Hamlet müəllim Oqtay müəllimdən daha milli təsir bağışladı. Bizdə yaxşı bir misal var: "Tikilən qalır". Kimə qalması maraqlı deyil, təki tikilsin...

Rusların yerinə olsam Oqtay müəllimin sauna-striptiz klubunu uşaq bağçası edərəm.

Ay, saman altından su yeridənlər...”

Qeyd edək ki, günlərdir gündəmin məşğul edən əsas mövzulardan biri olmasına baxmayaraq, Oqtay Əsədov hələ də Moskvada ailəsinə məxsus striptiz-klub və digər bahalı əmlakların olması barədə sənəd-sübuta söykənən faktlara münasibət bildirməyib.

V.Nəsibov

635x100

Şərhlər

seymur 2019-03-24 16:07:02

kim ne oqurlayib qormemishem amma spikere yarashar azerbaycan namuslu kishisine hec yarashar hec olmasa.......

Əli 2019-03-24 16:07:02

Yəqin bunun can güdənləri də var ki bunu oğramasınlar .Xalqın cibini bundan qorumaq lazımdır.Utanır görəsən? Birdə imkan olsa idi görəsən bəsdi nə vaxt deyərdi?Yəni doyardı?

fikrət 2019-03-24 16:07:02

Bu oktay hadinin dediyi kimi edir ikinci iş kimi fəhlədə işləmək olar əğər fəhlə işi tapsan taksidə sürə bilərsən striptizdə ğörsədə bilərsən ikinci iş kimi burda nə var ki

Fərmana 2019-03-24 16:07:02

Ay bala,.... Ölkəni ... obyektləri ,sahələri bürüyüb.Bir saunadan nə yapışmısınız.Əsas odur ki,millət bunları görür və bilir.... Görmürsən,mitinq sözü ortaya atılan kimi şəhərin küçələri polislə dolur,yollar bağlanır, ağzını açan polis idarəsinə aparılır.Milləti qorxudaraq susmaa məcburetmək metodu işləyir.llah sonunu azərbaycanlı millət üçün xeyirli ets

Azer 2019-03-24 16:07:02

Striptiz...Yaşa Oqtay...Tam senlikdi.Amma milli hisslərin yox imiş.Milli məclisin zirzəmisində də təşkil elə bu işi.Deputatlar xalq üçün işləyib əldən düşürlər.İşdən sonra....yox elə iş əvəzi ora getsinlər

Oqtay 2019-03-24 16:07:02

Milli Məclisə qanun layihəsi təklif edirəm.....Bu gündən kim nə qədər oğurluq edibsə yarısını qaytarsın vergi şəklində və bağışlansın

seymur 2019-03-24 16:07:02

..... Azerbaycanin adini batirirlar

Müslüm 2019-03-24 16:07:02

Əhalini atmaq, pulunu oğurlamaq xalqa ən böyük xəyanətdir. Hələ çox xəyanətlər ortaya çıxacaq. Milli Məclisin sədri bax budur. Qalanlar da kimlərdir hamısını artıq ortaya çıxan vaxtdır.

fərman 2019-03-24 16:07:02

Azərbaycandakı faişəxanalar da hamısı məmurların deputatlarındır. Ya yaxın adamları işlədir ya da kirayə verib krışalıq edirlər. Nəinki faişəxanalar bütün obyektlər,biznes pul gələn toçkalar,şadlıq evləri klinikalar,tikinti şirkətlətləri hamısı talançılarındır. Büdcəni də onlar kredit kimi götürüb başına daş salırlar. Hökumətimiz talançılardan, oliqarxlardan dövlətin xalqın pulunu alıb onları da məsuliyyətə cəlb etməlidir ki sonra gələnlərə dərs olsun

kamil 2019-03-24 16:07:02

Yaqin Oktay Asadovu yixmaq istayirlar...Yoxsa ,Rasul demiskan burda na var ki???

махмудов елман 2019-03-24 16:07:02

Orani maclisin istirahat markazi etsalar yaxsi olar axi cox yorulurlar

Veteran 2019-03-24 16:07:02

Etibar muellimi bawa duwmek olar, tehsilimizde fikir bildirilesi nese qalmayib deye indi de diger saheleri "sehmana" salir

Azyasli eksperti 2019-03-24 16:07:02

Siz ekspertsiniz. 37 ve ya 12nin Oxtay muellim hundurluyu shubhesini vermediniz? Bu Irevandan Stepanakerte intensivlesen ucuslarin hundurluk intervali degilmi?

Son yazılar