“Neftçi”nin çempion olacağına dair mənə heç nə deyilməyib” - Qurban Qurbanov

Dərc olunub: 24/03/2019 - 20:17

qurbanov q“Bizim üçün önəmli matç idi. Hazırda yığmaların oyunları keçirildiyi üçün düşərgədə əsas heyətdən cəmi 10 futbolçumuz var. Yoxlama görüşü olsa da, oyunçular məsuliyyətli idilər. Hər iki komanda üçün faydalı oldu”. Bunu “Report”a “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra söyləyib.

- Yakub Jezniçakın zədəsi ciddidir?
– Deyilənə görə, çox ciddi deyil. Sabah baxılanda sonra bəlli olacaq. Yəqin 3-5 gün kənarda qalacaq.

- Milli komandanın AVRO-2020-nin seçmə mərhələsində Xorvatiyaya səfərdə 1:2 hesabı ilə uduzduğu matç barədə nə deyə bilərsiniz?
– Normal oyun oldu. İlk matçda futbolçuların istəkli olduqları hiss edilirdi. Çətin oyun olsa da, layiqli mübarizə apardılar.

- Heyət seçimi və ya taktiki baxımdan sizin üçün gözlənilməz nəsə oldu?
– Hər hansı fikir söyləməyim düzgün olmaz. Təcrübəli məşqçidir, ən doğrusun etməyə çalışıb.

- Yığmaya rəhbərlik etdiyini vaxt Maksim Medvedevdən mərkəz müdafiəçisi qismində yararlanırdınız. Ancaq xələfiniz Nikola Yurçeviç onu sağ cinahda saxlayıb, mərkəzdə gənc Rahil Məmmədova şans verdi…

– Rahil mənim dönəmimdə də mərkəz müdafiəçisi kimi oynamışdı. “Qarabağ”da həmin mövqedə çıxış edir.

- Milli bu oyunla Avropa çempionatına vəsiqə qazana bilər?
– Yenə deyirəm, fikir bildirməyim düzgün olmaz. Çox istəkli idilər. Milliyə uğurlar arzulayıram.

- Peşəkar Futbol Liqasının prezidenti Rain Musayev deyib ki, cari mövsümdə “Neftçi” Azərbaycan çempionu olacaq. Bu barədə nə deyə bilərsiniz?
– Mənə heç nə deyilməyib. Belə bir fikir oxumamışam.

- Növbəti turda “Sumqayıt”la qarşılaşacaqsınız. Rəqib uzun müddətdir qələbə qazana bilmir…
– Çətin olacaq. Çünki rəqib qalib gəlməyə çalışacaqlar. Yəqin ki, fasilədən maksimum yararlanmağa çalışıblar. Bizim üçün asan olmayacaq.










loading...


Fikrinizi bildirin