Həyat yoldaşını öldürmək istəyən pilot təyyarəni evinə çırpıb - VİDEO
Baxiş sayı:
Dərc olunub:
24/03/2019 - 20:40
Botsvanada mübahisə etdiyi həyat yoldaşını öldürmək istəyən pilot təyyarəni evinə çırpıb.
ONA-nın “Eyewitness News” portalına istinadla verdiyi məlumata görə, ərlə arvad arasında mübahisə gələcək övladlarının şərəfinə keçirilən ziyafətdə yaranıb.
Ər həyat yoldaşına qarşı özünü çox kobud aparıb və qonaqlar ondan ziyafətdən çıxıb getməsini xahiş ediblər. Ər ziyafətdən çıxdıqdan sonra dostuna zəng açıb və arvadının konkret evin hansı hissəsində olduğunu soruşub. Dostu onun danışığından şübhələnib və bütün qonaqların evdən çıxmasını xahiş edib. Az sonra isə təyyarə evə çırpılıb.
Hadisə nəticəsində yalnız pilot ölüb.
Son yazılar
13:33
Ermənilər Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb - VİDEO
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.